Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"31 martın Azərbaycanlıların soyqırımı günü ilə bağlı fərmanı tarixi əhəmiyyətli fərman idi" - Sona Əliyeva
Tarix: 24.03.2019 | Saat: 14:20:00
Bölmə:Siyasət | çapa göndər

Bu günlərdə 31 Mart 1918-ci ildə baş vermiş azərbaycanlıların soyqırımının 101 ili tamam olur. Ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci ildə imzaladığı fərmanla hər il erməni daşnak silahlı quldur və terrorçu birləşmələri, dəstələri tərəfindən Azərbaycanda törədilmiş soyqırımı özünün tarixi qiymətini aldı. Elə həmin ildən başlayaraq 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunmağa başladı. On minlərlə soydaşımızın kütləvi soyqırıma məruz qaldığı tarixi faciəmizə Quba şəhərində memorial abidə ucaldıldı.

Millət vəkili Sona Əliyeva hafta.az-a açıqlamasında bildirib ki, Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında xidmətləri misilsiz və əvəzolunmazdır. 31 martın Azərbaycanlıların soyqırımı günü kimi qeyd olunması ilə bağlı fərmanı isə Azərbaycan tarixində iz qoyan və tarixi əhəmiyyətli fərman idi: "Həmin fərmana qədər bu soyqırım haqqında az çox məlumatlı olsaq da, xalqımıza qarşı törədilmiş və uzun illər öz hüquqi siyasi qiymətini almamış soyqırım haqqında həqiqətlərin ictimaiyyətə və dünyaya çatdırılması, dövlət səviyyəsində qeyd olunması, ümumtəhsil məktəblərinin dərsliklərində buna yer ayrılması milli yaddaşımızın unudulmamasına, erməni millətçilərinin yüz illərlə ərazi və təcavüz siyasətinin yeritməsinin, tarixin bütün səhifələrində ancaq türk olduğumuz üçün soyqırım və qətliam törətdiklərinin tanıdılması, yaddaşlara həkk olunması baxımından tarixi qərar idi. Bəlkə də bu ədalətsizliklərin ifşası fonunda ən dəyərli maddi sübütumuz nəinki tarixi sənədlər, faktlar arqumentlərdir. Quba memorial kompleksi 1918-ci ildə erməni bolşevik dəstələrinin xalqımıza qarşı törətdiyi ən böyük kütləvi qırğınların və qanlı cinayətlərin ən çılpaq həqiqətlərini tərənnüm edən canlı abidədir".

Millət vəkili bildirib ki, mart soyqırımı ilə bağlı kompleksdə tarixi sənədlər, sənədli filmlər zəngin kitabxana fəaliyyət göstərir. Ümumiyyətlə Ulu Öndərin bu tarixi qərarından sonra soyqırım hadisələri ciddi şəkildə araşdırılmağa - bu haqda kitablar, sənədli filmlər hazırlanmağa, xarici dillərdə nəşrinə və təbliğatına başlanıldı: "Bu tarixi hadisənin xatırlanması və təbliği ilə yanaşı, tarix və bəşəriyyət qarşısında ədalətin bərpa olunması üçün bu qətliam, düşünülmüş və qəsd formasında həyata keçirilən qanlı cinayətlər beynəlxalq təşkilatlar tərəfindən araşdırılmalı, öz hüquqi siyasi dəyərini almalı, cinayətlər cəzasız qalmamalıdır. 100 il elə də qədim tarix deyil, o hadisənin şahidlərindən hələ də həyatda olanlar var. Dünyaya humanist və demokratik dəyərlər təqlid edən bəzi dövlətlər və beynəlxalq təşkilatlar insanlıq və insan hüquqları naminə çağırışlar edərkən, bu Azərbaycanın da yaxın və müasir tarixində baş verən insanlığa qarşı cinayətlərə göz yummamalıdırlar. İnsan olaraq vicdanları ilə hesablaşıb insanlıq adına qərarlar verməlidirlər!".



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.04.2019
21.04.2019
20.04.2019