Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Litva yığması Xorvatiya deyil" - Nikola Yurçeviç
Tarix: 24.03.2019 | Saat: 18:10:00
Bölmə:İdman | çapa göndər

"Xorvatiya ilə oyundan bir neçə gün keçdikdən sonra uşaqların performansını soyuq başla təhlil etmək olar. Zaqrebdən yaxşı nəticə ilə qayıtmaq şansımız var idi".

Hafta.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç deyib.

AVRO-2020-nin seçmə mərhələsində Xorvatiyaya 1:2 hesabı ilə məğlub olan yığmamız sabah yoldaşlıq görüşündə Litva ilə üz-üz gələcək.

Xorvatiyalı mütəxəssis ilk ev oyunu öncəsi keçirilən mətbuat konfransında fikrini bu sözlərlə davam etdirib: "Hadisələrə pozitiv baxıram. Əhvalımız bir az korlandı. Bizi sensasiyadan 10 dəqiqə ayırdı. Amma uşaqların çıxışından məmnun qaldım. Yoldaşlıq görüşü olsa da, Litva ilə matç bizim üçün vacibdi. Pozitiv performansdan sonra pozitiv nəticəyə də ehtiyacımız var ki, müsbət məcrada işlərimiz davam etsin. Komanda daxilində ab-hava yüksəkdi. Uğurlu nəticə Macarıstan və Slovakiya ilə görüşlər öncəsi yaxşı olar. Hamı oynamaq istəyir. Yaxşı nəticə ilə bərabər ilk görüşdəkindən fərqli heyətlə çıxış etməyə çalışacağıq".

- Xorvatiya ilə oyunla müqayisədə sabah heyətdə nə kimi dəyişikliklər gözlənilir?

- Dəyişikliklərin olması normaldı. Bu o demək deyil ki, kimdənsə narazı qalmışam. Sadəcə, daha gümrah oyunçulara da şans vermək lazımdı ki, onların da nəyə qadir olduqlarını görək. Xorvatiya ilə ağır oyundan sonra ağır məşqlər keçə bilməzdik. Bütün uşaqlar hazırdı.

- Evdə oynadığımızı nəzərə alsaq, iki hücumçu ilə meydana çıxa bilərsinizmi?

- Bəli, dəyişikliklər olacaq. Amma bunun nə dərəcədə olacağı və hansı taktika ilə meydana çıxacağımızı son məşqin ardından müəyyənləşdirəcəyik. Ola bilsin ki, iki vingerlə və ya iki mərkəz hücumçusu ilə oynadıq. Hələ məlum deyil. Ramil Şeydayev mərkəzdə və ya pleymeyker mövqeyində çıxış edə bilər. Bunlar rəqibdən asılıdı. Əvvəllər də bir çox oyunçular həm cinahda, həm mərkəzdə oynayıblar. Məsələn, Mandzukiç belə oynayıb.

- Xorvatiya ilə oyunda əsasən müdafiədən oynamağınız normaldı. Litva ilə görüşdə hücum futbolu izləyəcəyikmi?

- Ümid edirəm ki, bu cür oynaya biləcəyik. Razılaşaq ki, Litva Xorvatiya deyil. İstənilən halda, kompaktlıq bizim üçün vacibdi. Hücum oyunu rəqibdən də asılı olur. Çalışacağıq ki, top bizdə daha çox olsun. Mənim üçün də vacibdi ki, Xorvatiyadan sonra Litvaya qarşı oyunda da futbolçularımı tanıyım.

- İlk dəfədi bir baş məşqçinin mətbuat konfransına qələm və vərəqlə gəlib qeydlər apardığını görürəm. Maraqlıdı, bu nə ilə bağlıdı?

- Ağlıma gələn kombinasiyaları qeyd edirəm. Görək, ortaya nə çıxacaq.

- Millidə ilk ev oyununuz olacaq. Azarkeşlərə nə sözünüz var?

- Hər şeyin müqabilində gərək realist olaq. Son rəqibimiz dünya çempionatının ikincisidi. Biz onlarla müqayisədə fərqli dünyadayıq. Bunu FİFA reytinqində görmək olar. Vəziyyətin belə olması bizi optimist olmasa sövq edir. Litva da yaxşı komandadı, amma Xorvatiya deyil. Komandama indiyə qədərki çıxışına görə yalnız kompliment deyə bilərəm. Amma növbəti oyunda da hər şey baş verə bilər. Yaydakı rəsmi oyunlar öncəsi qələbə qazanıb özünəinamı artırmaq istəyirik.

- Sabah qapıda kim dayanacaq və Maksim Medvedev bundan sonra komandanın əsas kapitanı olacaq?

- Səlahət Ağayev qapıda dayanacaq. Müəyyən olunmuş kapitanımız isə Maksimdi. Olmayan şeylər haqda danışmaq istəmirəm.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.04.2019
20.04.2019