Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
14 ədəd mobil telefon aşkarlanıb - FOTO
Tarix: 25.03.2019 | Saat: 13:58:00
Bölmə:Bölgə Hadisə | çapa göndər

Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları 2 fakt üzrə 14 ədəd mobil telefonun qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısını alıb.

Hafta.az-ın DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə istinadən verdiyi məlumata görə, belə ki, İdarənin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşına məxsus "Kia Optima" markalı avtomobil saxlanılıb və sürücü şifahi sorğu-sual olunub.

Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük orqanına mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı avtomobilin salonunda – ön oturacaqların arxa ciblərində gömrük orqanına bəyan olunmayan 1 ədəd "Samsung Galaxy A6", 1 ədəd "Samsung Galaxy A9", 1 ədəd "Samsung Galaxy J4+", 1 ədəd "Samsung Galaxy J6+", 1 ədəd "Samsung Galaxy J1 ace" və 1 ədəd "Huawei Y6" markalı, ümumilikdə 6 ədəd mobil telefon aşkarlanıb.

Digər bir məlumat əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşına məxsus "QAZ 31105" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin salonunda gömrük orqanına bəyan olunmayan 2 ədəd "Samsung Galaxy J2 Prime", 3 ədəd "Xiomi Redmi 6" və 3 ədəd "Xiomi Redmi 6A" markalar olmaqla, ümumilikdə 8 mobil telefon aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.



Bölməyə aid digər xəbərlər
20.04.2019 Xaçmazda ev yanıb
20.04.2019 Piralda ev yanıb

Xəbərə şərh yaz
22.04.2019
21.04.2019
20.04.2019