Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Daha bir kəndə təbii qaz verilib - FOTO
Tarix: 25.03.2019 | Saat: 15:13:00
Bölmə:Sosial | çapa göndər

Bu gün İsmayıllı rayonunun Qalacıq kəndinə ilk dəfə təbii qaz verilib.

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən hafta.az-a bildirilib ki, bu münasibətlə keçirilən tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İB-nin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 655 fərdi evdən ibarət olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 58 min 308 metr müxtəlif diametrli metal borularla daşıyıcı, paylayıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında birpilləli tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.04.2019
21.04.2019
20.04.2019