Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Azərbaycan Belarusdan yeni hərbi kompleks alıb - FOTO
Tarix: 25.03.2019 | Saat: 22:25:00
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan Belarusun “Aqat İdarəetmə Sistemləri” şirkətinin istehsalı olan 7A0917 “Lektor” daşınan artilleriya atəş idarəetmə kompleksi alıb.

“AzeriDefence” bildirir ki, silahlanmaya yeni qəbul edilmiş kompleks mart ayının ortalarında keçirilmiş hərbi təlimdə istifadə olunub.

Batareya komandiri üçün nəzərdə tutulan kompleksin tərkibinə radiostansiya, “Kaponir” elektro-optik müşahidə sistemi, VM2307 markalı tablet, batareyanın baş zabitinin texniki vasitələrinin tərkibinə radiostansiya, GMX500 meteostansiyası və VM2307-in tableti, top komandirləri üçün VM2306 əl tableti, radiostansiya və silahı tənzimləmə üçün alətlər daxildir.

Texniki vasitələr artilleriya batareyasının idarə edilməsi və atış hazırlığı ilə bağlı bütün məsələləri həll etməyə imkan verir.

Qeyd edək ki, “Lektor” kompleksi ilk dəfə fevral ayında Əbu-Dabidə keçirilmiş İDEX-2019 sərgisində nümayiş etdirilib. İstehsalçının məlumatına görə, kompleksin sınaqları tamamlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.04.2019
22.04.2019