Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Qarabağ Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazisidir” - Almaniyalı deputat
Tarix: 26.03.2019 | Saat: 12:14:00
Bölmə:Siyasət | çapa göndər

Almaniya Parlamentində XDİ/XSİ fraksiyası sədrinin müavini Yohan Vadeful Azərbaycanın Dağlıq Qarabağ regionunu birmənalı olaraq işğal edilmiş ərazi kimi səciyyələndirərək deyib: “Bir məsələ aydındır: Azərbaycan ərazisi Ermənistan tərəfindən qeyri-qanuni işğal edilib”.

Hafta.az xəbər verir ki, Vadeful bu fikri Xocalı qırğınının 27-ci ildönümü münasibətilə Almaniya-Azərbaycan forumu, Azərbaycanın AFR-dəki səfirliyi və Almaniya Atlantik Cəmiyyəti tərəfindən Berlində təşkil edilmiş “Cənubi Qafqazda sabitlik və təhlükəsizlik: Almaniya-Azərbaycan tərəfdaşlığının perspektivləri” mövzusunda simpoziumda söyləyib.

Rəsmi Bakının iqtisadiyyatın şaxələndirilməsi təşəbbüsünü yüksək qiymətləndirən Vadeful Azərbaycanı “Cənubi Qafqazda Almaniyanın ən mühüm ticarət tərəfdaşı” adlandırıb.

Siyasətçi deyib: “Biz Azərbaycanı enerji təchizatının şaxələndirilməsi məsələlərində etibarlı tərəfdaş kimi qiymətləndiririk”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.04.2019
21.04.2019
20.04.2019