Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Prezident minlərlə insana hədsiz sevinc bağışladı” - Gövhər Baxşəliyeva
Tarix: 26.03.2019 | Saat: 13:00:00
Bölmə:Siyasət | çapa göndər

“Prezident İlham Əliyev cəmiyyət tərəfindən səbirsizliklə gözlənilən əfv sərəncamını imzalamaqla yüzlərlə ailəyə, minlərlə insana hədsiz sevinc bağışladı”. 

Hafta.az xəbər verir ki, bunu millət vəkili, AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva deyib.

Gövhər Baxşəliyeva bildirib ki, həyatın keşməkeşli yollarında nə vaxtsa büdrəmiş, aldanmış, səhv etmiş, qanunu pozmuş, cinayət törətmiş şəxslər ali mərhəmət və humanizm prinsipləri rəhbər tutularaq əfv edildilər:

"Qədim yunan filosofu Sokrat "İnsanlıq nədir" sualına "Əfv etməyi bacarmaqdır" cavabını verib. Bu mənada Prezident İlham Əliyevin əziz bayramımız Novruz öncəsi atdığı addım xalqımızın əsrlərlə formalaşmış mədəni ənənələrinə söykənən mənəvi böyüklüyün bariz nümunəsidir, yüksək humanizm aktıdır. Bunu təqdir etmək, yüksək dəyərləndirmək siyasi mənsubiyyətindən və sosial statusundan asılı olmayaraq hər bir vətəndaşın borcudur. Çox istərdim ki, məhz bu əfv sərəncamı cəmiyyətimizdə sülh, birlik, həmrəylik və barış ab-havasını gücləndirsin, hər hansı narazılıqlar, qarşıdurmalar, qərəz, şər, böhtan geridə qalsın, xalqımızın bütün kəsimi siyasi baxışlarından asılı olmayaraq vahid ideya - azərbaycançılıq ətrafinda sıx birləşsin".



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.04.2019
21.04.2019
20.04.2019