Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Beynəlxalq olimpiadalara hazırlıq düşərgələri təşkil edilib - FOTO
Tarix: 26.03.2019 | Saat: 13:29:00
Bölmə:Sosial | çapa göndər

Məktəblilərimizin beynəlxalq olimpiadalara hazırlığı çərçivəsində "Novruz" düşərgələri təşkil edilib. Belə ki, 17-24 mart tarixlərində şagirdlərin Beynəlxaq İnformatika Olimpiadasına hazırlıq səviyyələrinin artırılması məqsədi ilə Rumıniyadan gənc mütəxəssis dəvət olunub.

Hafta.az Təhsil Nazirliyinə istinadən bildirir ki, beynəlxalq İnformatika Olimpiadasının iki dəfə gümüş medalçısı olan rumıniyalı mütəxəssisin tədris etdiyi dərslər şagirdlərin müvafiq bilik yarışması üzrə hazırlığında müsbət rol oynayıb.

19-26 mart tarixlərində isə riyaziyyat fənni üzrə həm aşağı, həm də yuxarı yaş qrupu üzrə şagirdlərin bilik və bacarıqlarının artırılması, beynəlxalq təcrübənin öyrənilməsi məqsədi ilə İran İslam Respublikasından dəvət edilmiş mütəxəssislər tərəfindən dərslər təşkil edilib.

Beynəlxalq olimpiadalara hazırlıq çərçivəsində cari ilin iyul-avqust aylarında belə düşərgələrin bir neçə dəfə təşkili planlaşdırılır.

Beynəlxalq olimpiadalara hazırlıq düşərgəsi "Azercell Telekom"un Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin dəstəyi ilə təşkil edilib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.04.2019
21.04.2019
20.04.2019