Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Təhsillə bağlı yeni qanun hazırlanır
Tarix: 27.03.2019 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Hazırda ali təhsil üzrə hazırlanan qanunvericilik bazası ilə bağlı dünya təcrübəsi öyrənilir

“Ali təhsil haqqında” qanun layihəsinin hazırlıqlarına başlanılıb. Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin (MM) Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli deyib. Onun sözlərinə görə, Elm və təhsil komitəsi olaraq növbəti layihə kimi “Ali təhsil haqqında” qanun layihəsinini hazırlayacaqlar:

“Qeyd edim ki, ümumi orta təhsillə bağlı qanun layihəsi ikinci oxunuşdan keçib və martın 29-da keçirilən növbəti plenar iclasda artıq sənəd sonuncu – üçüncü oxunuşda müzakirələrə çıxarılıb qəbul olunacaq. Biz həmin qanun layihəsinin nəticələnməsini gözləyirdik. Lakin bununla belə, biz indidən yeni qanun layihəsinin hazırlıqlarına başlamışıq. Artıq bizim komitənin üzvləri və əməkdaşları ali təhsil sahəsində dünya təcrübəsini öyrənir, lazımi sənədləri əldə edir, ölkə reallıqlarına aid müşahidələr aparır, pedaqoji ədəbiyyatı mütaliədən keçirir. Hesab edirəm ki, yaz aylarında – aprel və ya mayda “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması ilə bağlı İşçi qrupunu yaradıb, daha konkret işə başlayacağıq. Həmin qanun layihəsini Milli Məclisin payız sessiyasında gündəliyə daxil etməyi daha məqsədəuyğun hesab edirik. Bununla da 2009-cu ildə qəbul olunan “Təhsil haqqında” qanunda öz əksini tapmış təhsilin bütün pillələri ilə bağlı qanun layihələrini ölkə ictimaiyyətinə, elm və təhsil işçilərinə təqdim etmiş olacağıq”.
Xatırladaq ki, 2009-cu ildə ölkəmizdə “Təhsil haqqında“ qanun qəbul olunub. Həmin sənəddə qeyd edilib ki, növbəti illərdə təhsilin bütün pillələri üzrə, o cümlədən ali təhsil sahəsi ilə bağlı qanunvericilik bazası hazırlanmalıdır. Uzun fasilədən sonra bu məqsədlə ölkəmizdə ilk dəfə olaraq “Elm haqqında” qanun qəbul olunub. Daha sonra isə “Məktəbəqədər təhsil haqqında” və “İlk peşə-ixtisas təhsili haqqında” qanun qüvvəyə minib. Bu sənədlərin hər biri təhsilin müvafiq pillələri üzrə nəzərdə tutulan məsələləri tənzimləyir. Hazırda parlamentdə “Ümumtəhsil haqqında” qanun layihəsi müzakirədədir və sənədin yaxın günlərdə qəbul ediləcəyi gözlənilir.

Yeri gəlmişkən, Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"ndə də göstərilib ki, yaxın illər ərzində ali təhsil haqqında qanunun və dövlət proqramının qəbul edilməsi məsələsi nəzərdən keçiriləcək. Sənəddə həmçinin qeyd olunur ki, hazırda Azərbaycanda gənclərin ali təhsillə əhatə olunma səviyyəsi aşağıdır. Bu da uzaq perspektivdə ölkənin rəqabət qabiliyyətli və dayanıqlı inkişafına maneə yarada bilər. Yüksək ixtisaslı kadr hazırlığının əmək bazarının tələbinə və beynəlxalq ixtisas təsnifatına uyğunlaşdırılması, uzunmüddətli proqnozlaşdırma mexanizminin hazırlanması istiqamətində fəaliyyətlər, əmək bazarında diferensiallaşmış əməkhaqqı və stimullaşdırma sisteminin yaradılması üzrə mexanizmlərin hazırlanması dəstəklənəcək: “Ali təhsil insan kapitalının formalaşmasında və inkişafında mühüm mərhələdir. Hazırda ali təhsil müəssisələrində yetişdirilən mütəxəssislər dövlətin və şirkətlərin idarə olunmasında, daha çox əlavə dəyərin yaranmasında, iqtisadi artımda və əmək məhsuldarlığının yüksəldilməsində fəal iştirak edirlər. Amma Azərbaycanda gənclərin ali təhsillə əhatəolunma səviyyəsi aşağıdır. Bu da uzaq perspektivdə ölkənin rəqabətqabiliyyətli və dayanıqlı inkişafına maneə törədə bilər. Bunu nəzərə alaraq, Azərbaycanda iqtisadi və sosial baxımdan daha səmərəli ali təhsil sisteminin formalaşdırılması dəstəklənəcək.

Bunun üçün ali təhsilin keyfiyyətinin yüksəldilməsi, qlobal təhsil məkanına inteqrasiyası, ali təhsilli kadrlara tələbatın ödənilməsi, habelə ali təhsilin informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın tələblərinə uyğunlaşdırılması istiqamətində islahatlar sürətləndiriləcək”.
Sənəddə o da vurğulanıb ki, yüksəkixtisaslı kadr hazırlığının əmək bazarının tələbinə və beynəlxalq ixtisas təsnifatına uyğunlaşdırılması, uzunmüddətli proqnozlaşdırma mexanizminin hazırlanması istiqamətində fəaliyyətlər, əmək bazarında diferensiallaşmış əməkhaqqı və stimullaşdırma sisteminin yaradılması üzrə mexanizmlərin hazırlanması dəstəklənəcək.
“Yol Xəritəsi”ndə həmçinin göstərilib ki, universitet klasterlərinin yaradılması “təhsil–tədqiqat–innovasiya” zəncirinin effektivliyini artıra bilər. Bu baxımdan, ölkədə, ilk növbədə, bəzi ixtisaslaşmış universitetlərdə klasterlərin yaradılması təşviq ediləcəkdir. Ali təhsil sisteminin keyfiyyətinin yüksəldilməsi nəticəsində daha keyfiyyətli insan kapitalı və intellektual potensial formalaşacaq, əmək məhsuldarlığı artacaq: “Universitet klasterlərinin yaradılması araşdırma və təkmilləşdirmələrin həyata keçirilməsini, elmi nəticələrin istehsala tətbiqini stimullaşdıracaq, “təhsil-elm-istehsal” əlaqələrinin səmərəliliyi yüksələcək. Klasterlərin dəstəklənməsi regionlarda insan kapitalının inkişafı üçün də əhəmiyyətlidir. Bundan başqa özəl universitetlərin müstəqilliyinin artırılması və onların inkişafı üçün stimullaşdırıcı tədbirlər görüləcək.

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən təhsil eksperti Nadir İsrafilov isə deyib ki, ali təhsillə bağlı qanun artıq neçə illərdir gündəmdədir: «Söhbət ondan gedir ki, bizdə təhsil qanunu qəbul olunarkən orda çox ziddiyyətli məsələlər ortaya çıxdı. Ona görə də qərar alındı ki, çərçivə qanunu olsun. Bundan sonra qanun hələlik qüvvəyə mindi. Ancaq bunun əsasında gələcəkdə sahə qanunlarının qəbul olunması qarşıya hədəf kimi qoyuldu. Yəni, məsələ burasındadır ki, təhsilə dair qanunlarla bağlı məsələlər dəfələrlə gündəmə gətirilib, bir sessiyadan digərinə ötürülüb, onların qəbulunda obyektiv və subyektiv səbəblərdən müəyyən ləngimələrə baş verib. Məlum olduğu kimi “Təhsil haqqında” əsas Qanunun qəbulunda da 15 illik bir fasilə yaranmışdı. Nəhayət 2009-cu ildə geniş müzakirələrdən sonra “Təhsil haqqında” qanun qəbul edildikdən sonra belə qərara alındı ki, təhsilin bütün pillələrini əhatə edən bu Qanun çərçivə qanunudur. Yəni, təhsilin hər bir pilləsini əhatə edən konkret sahəvi qaunlar – “məktəbəqədər təhsil”, “ümumi orta (tam orta) təhsil”, “ilk peşə təhsili”, “ali təhsil” və “elm haqqında” konkret sahə qanunları qəbul edilməlidir. Boloniya sisteminə keçidlə əlaqədaq hətta Təhsil krediti haqqında Qanunun qəbul edilməsi də nəzərdə tutulmuşdu. Bununla belə 2009-cu ildən bu yana uzun mübahisə və müzakirələrdən və bir neçə oxunuşdan sonra çəmi bir Qanun - “Elm siyasəti haqqında” qanun qəbul edilib. Digər bir Qanun layihəsi –“Məktəbəqədər təhsil haqqında” Qanunun müzakirələri isə hələ başa çatdırılmayıb.

Bu mənada təhsilin normativ-hüquqi bazasının yaradılması və möhkəmləndirilməsi baxımından belə qanunların o cümlədən də ali təhsil haqqında qanunun qəbulu zəruridir. Digər tərəfdən təhsilin idarə edilməsi, təhsil pillələri arasındakı varisliyin tənzimlənməsi, Avropa standartlarına keçidlə əlaqədaq ali təhsil pilləsində yaranan dəyişikliklər, boşluqlar və çatışmazlıqlar bu qanunun qəbul edilməsinin sürətləndirilməsini tələb edir. Məsələn, deyək ki, “Təhsil haqqında” əsas Qanunda təhsilalma formalarında biri kimi distant təhsil nəzərdə tutulduğu halda onun konkret vasitə və yolları, habelə işlək mexanizni hələ ki, işlənib hazırlanmayıb və s. Əslində indiki dövrdə buna erhtiyac var. Çünki distat təhsillə bağlı işlək mexanizm olmadığından bu təhsil formasını ölkəmizdə inkişaf etdirə bilmirik. Digər tərəfdən bu təhsil formasında təhsil alanların diplomları da tanınmır. Yəni, bu kimi məsələlərin öz həllini tapması vacibdir. Bir sözlə, hesab edirəm ki, təhsilin varislik və fasiləsizlik kimi mühüm prinsipləri qanunların hazırlanması və qəbul edilməsi zamanı nəzərə alınmalıdır”.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.06.2019
19.06.2019