Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
İri ticarət mərkəzlərinin əksəriyyətində sahibkarlar sığorta olmadan fəaliyyət göstərir - REPORTAJ
Tarix: 29.03.2019 | Saat: 14:19:00
Bölmə:Reportaj | çapa göndər

Novruz bayramında insanların tonqal ətrafına toplaşması, onun üzərindən tullanması kimi adətləri var. Bu il isə bu bayramı daha "atəşfəşanlıqla" qeyd elədik. Belə ki, məşhur “Diqlas” ticarət mərkəzində yanğın baş verdi. Bu yanğında üstündən atlanmasaq da, ən azından hasarlanmış çəpərlərdən durub seyr elədik. Necə deyərlər, alovlar göyə qalxdıqca, ümidlər və pullar külə döndü. Allah daha betərindən qorusun deyirik.

“Diqlas” TM yanğından sonra bir qrup zərərçəkən satıcılarla Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov görüşdü. 

Bu hadisədən sonra zərərçəkmiş insanların köməyinə yenə Prezident İlham Əliyev gəldi. Dövlət başçısı “Diqlas”dakı yanğınla bağlı müşavirə keçirdi.

Dövlət başçısı Nizami Rayon İcra Hakimiyyətində sahibkarlarla görüş keçirildiyini, onlara dövlət tərəfindən dəstək göstəriləcəyini bildirdi. Vurğuladı ki, İqtisadiyyat Nazirliyi sahibkarlarla bir-bir görüşməli və onların problemlərini dinləməlidir. Maliyyə Nazirliyi operativ qaydada ilkin olaraq maliyyə vəsaiti ayırmalı və həmin vəsait sahibkarlara verilməlidir. Digər müvafiq qurumlar da yanmış malların qiymətini sahibkarlarla birlikdə aydınlaşdırmalıdır. “Azərbaycan güclü sosial siyasət aparır. Bu ilin əvvəlində ciddi sosial paket təsdiqləndi. Sosial təşəbbüslər nəticəsində 3 milyondan çox insan bu proqramla əhatə olunub və bu təşəbbüsün dünyada bənzəri yoxdur”, - deyən Prezident İlham Əliyev yanğın hadisəsinin tam araşdırılıb təkliflərin verilməsi üçün komissiyanın yaradılacağını, bununla yanaşı, operativ olaraq sahibkarlara maddi dəstək göstəriləcəyini qeyd etdi. Həmçinin, bu cür hadisələrin bir daha təkrarlanmaması üçün iri ticarət mərkəzləri ilə bağlı da ciddi tapşırıqlar verdi.

Bu gün isə İqtisadiyyat Nazirliyi martın 26-da yanğın baş vermiş “Diqlas” ticarət mərkəzi bərpa olunana qədər sahibkarlara “Sədərək” ticarət mərkəzində və yaxud digər yerlərdə fəaliyyət göstərməyi təklif edib. Bu barədə mətbuata qurumun mövqeyini nazir müavini Niyazi Səfərov açıqlayıb. Bildirib ki, sözügedən məsələ nazirliyin diqqət mərkəzindədir.

Cənab Prezident humanist addım atdı, zərərçəkən insanların intizarına son qoydu. Ancaq məsələ ondan ibarətdir ki, gələcəkdə belə forsmajor hallar baş verərsə, yenə dövlət başçısı eyni addım atmalı, yoxsa sahibkarlar, sığorta şirkətləri baş vermiş hadisədən nəticə çıxararaq işlərini daha ehtiyatlı tutmalıdır?!

Sığorta – şəxslərin əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, həmçinin qanunvericiliklə qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan əmlak mənafelərinin müdafiəsi sahəsində riskin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sistemidir. Sadə dillə desək Sığorta – gələcəkdə ehtimal olunan zərərin müəyyən dəyər qarşılığında qanunvericiliklə qadağan olunmayan risklərin əvəzinin ödənilməsidir.

Bu gün ölkəmizdə sığorta agentlikləri yetərincə vardır. Daşınan, daşınmaz əmlakın, avtomobilləri sığortalayan şirkətlər var. Az qala ixtisaslaşmış sağlamlıq haqqında da sığorta şirkətləri də yaransın. Görünən odur ki, bu sığorta şirkətləri elə görüntü yaradır, ya da cəmiyyət maraqlı deyil.

Hafta.az olaraq məlum hadisədən – “Diqlas” TM-nin yanmasından sonra mövzunun aktuallığını nəzərə alaraq paytaxt Bakıda və ikinci böyük şəhər Sumqayıtda yerləşən bir neçə ticarət mərkəzində olduq. "TM-də sığortalanma varmı və insanlar buna maraq göstərirmi?" - sualını aydınlaşdırmağa çalışdıq.

İlk baş çəkdiyimiz Sumqayıt şəhərində yerləşən “Cavid” Ticarət Mərkəzi(Cavid Mall) oldu. Burada satıcıların bir qismi deyir ki, bizim dükanlar sığortalanıb. Həmçinin bildirirlər ki, TM-nin sahibi bu işlə şəxsən özü maraqlanır. Bəziləri isə deyir ki, özümüz fərdi olaraq sığortalatdırmışıq. “Klassik kişi geyimləri” satan Etibar bəy qətiyyətlə bildirir ki, oranın sahibi hər bir dükanı sığortlatdırıb.

Bu sığorta ki, var, həm qəlizdir, həm də ki, vacib...

“Cavid” ticarət mərkəzi ilə eyni ünvanda yerləşən “Karvan” TM-nə də baş çəkdik. Xatırladım ki, “Diqlas”da baş verən yanğın kimi, 2014-cü ildə “Karvan” TM yanğın olmuşdu. Yanğın nəticəsində 1 nəfər tüstüdən boğularaq ölüb, 5 nəfər isə zəhərlənmə dizaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. İçərisində olan bütün mallar isə yanıb külə dönmüşdü.

Mən də TM-nin işçiləri üçün bir neçə gün öncə baş verən hadisəni və elə orada bir neçə il öncə baş verən yanğını xatırladıram. Soruşuram ki, sığortaları varmı?

Ayaqqabı, idman mallar satan Mais bəy isə ondan öncə danışanları təkzib edir:

"Qardaş, mən sənə nə yalan deyim. Bir il özüm sığorta elətdirdim, daha elətdirmirəm. Maşınım var idi, qəzaya düşdüm, dedilər 1000 manat ödəniləcək, ancaq. Güclə 250 manat aldım. Ətrafımda da belə aldadılan adamları çox görmüşəm. Ona görə də inamım itib. Bu TM-i də böyük bir yerdir. Sahibi üçün isə maraqlı deyil. Bir dəfə də olsun bu haqda danışılmayıb. Vaxtı-vaxtında gəlirlər, aylıqları yığıb gedirlər”.

Doğrudan maraqlıdır belə böyük TM-nin sahibi niyə səriştəsizlik etsin ki?.. Axı dünya hər gün bir yox, yüz addım qabağa gedir. Hələ də belə obyekt sahibləri sığorta haqqında bilgiyə sahib deyillər?

Bakı şəhərində “20 Yanvar”dakı “Velotrek”ə də baş çəkdik. Bildiyimiz kimi, bura yenicə təmir olunub. Yenilənmiş TM-də bazar və metronun çıxışına doğru telefon aksesuarları satılan yerlər istifadəyə verildi. Nə gözəl. Bəs bütün bunlardan sonra sığortalanma işləri də aparıldımı?

Satıcı Ayan xanım çox uzun-uzadı danışıb deyir ki, ay qardaş o şey nədirsə bu yerdə birdənə də olsun rast gələ bilməzsən. Qəhqəhə çəkib gülür. Bir neçə belə satıcılardan maraqlansaq da, çoxunun bundan xəbəri yoxdur. Dükan sahibləri isə sığortalarının olması haqqında sualımıza “deyəsən ümümi sığorta olmalıdır” deyirlər. Demək yoxdur, olsa xəbərləri olardı.

Məsələ ilə bağlı hafta.az–a danışan iqtisadçı ekspert Natiq Cəfərli dedi ki, insanların sığorta və onun üstünlükləri haqqında məlumatları azdır:

“Burada sığorta şirkətlərinin marağının az olması da ikinci səbəblərdəndir. Ancaq xarici holdinqlər sığorta şirkətləri ilə müqavilələr bağlayır. Onların iş mexanizmi bunu tələb edir. Bəzi holdinqlər korporativ müqavilələr bağlıyaraq işçilərini buna təşviq edirlər. Deyə bilərəm ki, bizdə sosial çarxlar vasitəsi ilə, televiziyalarda müxtəlif debatlar vasitəsi ilə, ciddi işlər aparılmır. İnsanlar sığortanın hansı üstünlükləri var, ondan xəbərsizdirlər. Belə  işlər aparılmalıdır ki, cəmiyyətə də təqdim edildikdə onlar inana bilsinlər. Türkiyədə yeni qanunvericiliyə görə televiziyalar reklam vaxtının 25 faizinin sosial çarxlara ayırmalıdırlar. Türkiyə televiziyalarında bunu görmək mümkündür. Azərbaycanda təəssüf ki, təşviq, reklam tərəfi olmadığı üçün, insanlarda maraq və inam yoxdur. Eləcə də sığorta mədəniyyəti formalaşmayıb.”

 

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.05.2019
18.05.2019