Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Masallıda heyvanlar peyvəndləndi
Tarix: 29.03.2019 | Saat: 15:58:00
Bölmə:Bölgə Sosial | çapa göndər

2019-cu ilin yanvar ayının ilk günlərindən başlayaraq Masallı rayonunda heyvanlar arasında profilaktik peyvəndləmə və diaqnostik müayinə tədbirləri aparılır. 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti bildirir ki, hazırda ölkədə olduğu kimi, Masallı rayonunda da "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na uyğun xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik peyvəndləmə, diaqnostik müayinə, dezinfeksiya və digər tədbirlər davam etdirilir. Bu tədbirlər Masallı Rayon Baytarlıq İdarəsinin 13 sahə baytarlıq məntəqəsi tərəfindən rayonun bütün 104 kənd, 2 qəsəbə və 1 şəhərində aparılır.

Hazırda Masallı Rayon Baytarlıq İdarəsi tərəfindən Şərəfli kəndi ərazisində yerləşən Şükürov İlkin Mirzəxan oğluna məxsus kəndli (fermer) heyvandarlıq təsərrüfatında saxlanılan 226 baş iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyi əleyhinə peyvəndləmə aparılıb. Eləcə də həmin təsərrüfatlarda ilin əvvəlində qarayara xəstəliyi əleyhinə profilaktik tədbir icra edilib. Qeyd edək ki, həmin təsərrüfatda 92 baş süd verən heyvan saxlanılır və gündəlik 560 litr süd istehsal edilir. Eləcə də təsərrüfatda il ərzində 30 tona yaxın ət istehsal olunur. Təsərrüfatda həm də 400 baş xırdabuynuzlu heyvan saxlanılır.

 Ümumiyyətlə, 2019-cu ilin yanvar ayından başlayaraq bu günə kimi rayonun ayrı-ayrı təsərrüfatlarında 73348 baş iribuynuzlu, 705 baş təkdırnaqlı heyvanda qarayara, 610 baş sahibli itdə quduzluq, 525880 baş cücədə nyukasıl (“La-sota” ştammı ilə), 73156 baş iribuynuzlu heyvanda dabaq xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri aparılıb.

 Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə 7425 baş iribuynuzlu heyvandan qan alınaraq seroloji müayinə edilməsi üçün laboratoriyaya göndərilib. Eləcə də 27500 kvadratmetr sahədə profilaktik dezinfeksiya tədbirləri görülüb.

Mart ayının ilk günlərindən isə Masallı Rayon Baytarlıq İdarəsi tərəfindən sahə baytarlıq məntəqələri arasında iribuynuzlu heyvanların iti yoluxucu nodulyar dermatit xəstəliyinə qarşı aparılacaq vaksinin bölgüsü başa çatdırılıb və peyvəndləmə tədbirinə başlanılıb. Artıq iribuynuzlu heyvanda nodulyar dermatit xəstəliyinə qarşı peyvəndləmə işi aparılır. Ümumiyyətlə, rayonun təsərrüfatlarında heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir. Hazırda peyvəndləmə tədbirləri davam etdirilir.

Qeyd edək ki, tədbirlər çərçivəsində maariflənmə işi aparılaraq həm iti yoluxucu, həm də daxili yoluxmayan xəstəliklər barədə təsərrüfat sahiblərinə ətraflı məlumat verilir, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir. Həmçinin risklər (xəstəliklərin yaranma, ötürülmə, yoluxma, idarə olunma, azaldılma və qarşısının alınması) və yeni yanaşmalar barədə ətraflı məlumatlar verilir.

Hazırda Masallı rayonunda vətəndaşların xüsusi mülkiyyətində 72703 baş iribuynuzlu, 90110 baş xırdabuynuzlu, 560 baş təkdırnaqlı, 500000 baş quş və 2450 baş sahibli it mövcuddur.

 Masallı rayonu ərazisində saxlanılan heyvanlarda bundan sonra da peyvəndləmə tədbirləri davam etdiriləcək. Belə ki, iribuynuzlu heyvanlarda nodulyar dermatit, leptospiroz, bruselyoz (Ştam-19 vaksini ilə), xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, leptospiroz və digər xəstəliklərə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq. Həmçinin atlarda manqo (göz sınağı müayinəsi), iribuynuzlu heyvanlarda vərəm (allergik müayinə), xırdabuynuzlu heyvanlarda bruselyoz və qoçlarda epididimitə (seroloji müayinə) görə diaqnostik, quşlarda, iri və xırdabuynuzlu heyvanlarda (askaridioz, diktikaulyoz, fassilyoz və s.) koproloji müayinələrin aparılması nəzərdə tutulur.

 Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.05.2019