Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Azərenerji” ASC Bakıya yeni elektrik verilişi xətti çəkir - VİDEO
Tarix: 01.04.2019 | Saat: 15:30:00
Bölmə:İqtisadiyyat Video | çapa göndər

“Azərenerji” ASC Bakı şəhərinin elektrik enerjisi təchizatının etibarlığını və dayanıqlığını daha da gücləndirmək məqsədi ilə, Şirvan şəhərində yerləşən “Cənub” Elektrik Stansiyasından “Xırdalan” yarımstansiyasına 220 kV-luq yüksək gərginlikli yeni elektrik verilişi xətti çəkir.

ASC-dən hafta.az-a verilən məlumata görə, yeni xəttin çəkilməsi enerjisistemin etibarlığını artırmaqla yanaşı, həm də şəhərə daxil olan hansısa yüksəkgərginlikli hava xəttində problem yaranarsa, yükün bir xətdən başqa xəttin üstünə keçirilməsinə imkan yarada biləcək.

Yeni xətt istifadəyə verildikdən sonra, digər yüksəkgərginlikli xətləri açıb, onların üzərində təmir-bərpa işləri aparmaq da asanlaşacaq.

 Şirvandan Xırdalana 108 km məsafədə çəkilən 220 kV-luq yüksək gərginlikli elektrik veriliş xətti üzrə 367 anker dayaqdan 365-i quraşdırılıb və 14 km istisna olmaqla, naqillər asılıb.

Yaxın günlərdə işlər tam yekunlaşacaq və yeni xətt istismara veriləcək.

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.06.2019
16.06.2019
15.06.2019