Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Prokurorluqdan Şəmkirdə korrupsiya əməliyyatı: 70 min manat...
Tarix: 04.04.2019 | Saat: 16:24:00
Bölmə:Bölgə | çapa göndər

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Şəmkirdə böyük əməliyyat tədbiri həyata keçiriblər.

Hafta.az-a daxil olan məlumata görə, əməliyyat zamanı 1 ildən artıq müddətdə 70 fəhlənin əmək haqqını hər ay alıb cibinə qoyan Rayon Kommunal Təsərrüfat Birliyinin rəisi Teymur Hacıyev yaxalanıb. İş yerində və evinedə aparılan yoxlamalar zamanı Teymur Hacıyevdən 70 ədəd maaş kartı götürülüb.

Aydın olub ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Şəmkir rayonuna “DOST” mərkəzi xətti ilə 500 nəfərin işlə təminatını həyata keçirir. Həmin işçilər Rayon Kommunal Təsərrüfat Birliyinin (RKTB)xətti ilə işə götürülürlər. Rəis Teymur Hacıyev 500 nəfərdən 70 nəfərinin maaş kartını özündə saxlayıb.

Adları işçi kimi qeydiyyata alınsa da, faktiki olaraq həmin işçilər işə çıxmayıblar. Onların adına maaş kartları açılıb, hər ay ora 170 manat məvacib köçürülüb. Teymur Hacıyev hər ay həmin pulları çıxarıb. Ayda 12 min manat civarında pul mənimsənilib. Son 6 ay ərzində Teymur Hacıyevin 70 min manata yaxın ancaq maaş kartları vasitəsi ilə mənimsədiyi haqda məlumatlar var. Bundan başqa Teymur Hacıyevin işdə olan fəhlələrə qarşı da qanunsuzluqlara yol verdiyi bildirilir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.05.2019
19.05.2019