Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“İğdırda yaşayan azərbaycanlıların çoxu başqa şəhərlərə köçüblər” – Göksəl Gülbəy
Tarix: 05.04.2019 | Saat: 17:08:00
Bölmə:Müsahibə | çapa göndər

Türkiyədə bələdiyyə seçkiləri başa çatdı, amma məlum olduğu kimi, nəticələr ziddiyyətlə nümayiş olundu. İş o yerə çatdı ki, İstanbul kimi iri şəhər başda olmaqla bir sıra məkanlarda səslər yenidən sayılır. Bütün bunlar öz yerində, bir azərbaycanlı kimi bizə maraqlı gələn Azərbaycanla birbaşa sərhədi olan İğdırdakı durumdur. Burada seçki sonrası vəziyyət xeyli sabit görünür. Amma kim qazandı burda, şəxsən mənə qeyri-məlumdur. Çünki türk mediası İğdırda əvvəlcə MHP-nin namizədinin qazandığını bildirsə də, seçkini əks etdirən elektron xəritədə HDP-nin qalib geldiyini görürük.

Qondarma Erməni İddialarına Qarşı Mübarizə Dərnəyinin (ASİMDER) sədri Göksəl Gülbəylə söhbətimizdə məhz bu məsələləri danışdıq. Öncə qeyd edim ki, ASİMDER sədri Azərbaycanın Qarsdakı konsulluğundan incidiklərini də nəzərə çatdırdı. Əsas mövzuya başlayarkən isə müsahibimiz dedi ki, İğdır vilayətində hakim AKP ilə MHP bələdiyyə seçkilərinə vahid blokda qatılmışdılar...

- Bu iki partiyaya qarşı isə CXP ilə HDP yarışıb. Seçki günü hər hansı narahatlıq qeydə alınmasa da, sonrakı günlər bəzi təxribatlar baş verib. Məsələn, sonradan bəzi videolar yayımlanıb. Həmin videolarda açıq-aşkar görünür ki, HDP seçicilərinin çox olduğu seçki məntəqələrində saxta bülletenlər atılıb qutuya. Seçki günü HDP ilə MHP səslərin sayına görə başbaşa yarışırdı. Amma səslər tam sayılıb qurtardıqdan sonra MHP-nin seçkini uduzduğu elan edildi. Baxmayaraq ki, telekanallarda MHP-nin öndə olduğu göstərilirdi. Gecə saat 10-da kanallarda MHP-nin udduğu bildirildi. Hətta xalq küçələrə çıxıb bayram da etdi. Ancaq səhəri gün saat 3-də telekanallar HDP-nin udduğunu bildirib, xəritədə rəngi dəyişdilər. Necə oldu ki, bir anın içində dəyişiklər baş verdi, kim etdi, necə etdi, bilmirəm. Bundan dərhal sonra MHP Mərkəzi Seçki Şurasına etiraz ərizəsi verdi və səslər təkrar sayıldı. Bu vaxt hardasa 70 seçki məntəqəsində HDP üstünlüyünü qorudu. Yalnız bir məntəqədə bayaq qeyd etdiyim videolarla bağlı məsələ qalır ki, o da yoxlanacaq və ayın 13-də son açıqlama veriləcək.

- Yəni seçkinin ümumilikdə normal keçdiyi qənaətindəsiniz...

- Ciddi qanun pozuntuları yoxdur, sadəcə bəzi yanlışlıqlar var deyə bilərik. Amma İğdırda xalq yenə də narahatdır. İğdır valisi 15 gün ərzində küçə aksiyaalrı keçirməyi yasaqlayıb. Hazırda küçə və meydanlarda əskər və polislər Biz də hamı kimi seçkinin son nəticələrinin açıqlanmasını gözləməkdəyik.

- Seçkinin nəticələrinə başqa hansısa partiya tərəfindən etiraz edilirmi və ya udan namizəd hamı tərəfindən qəbul olunurmu? İnşallah yeni sədr nə vaxt vəzifəsinin icrasına başlayacaq?

- Bayaq dediyim kimi, sadəcə MHP etiraz elədi. Cümhur ittifaqının digər qanadı olan AKP isə etirazlara qoşulmadı. Nəticəyə görə, HDP-nin namizədi seçilmiş sayılır. Hansı ki, digər partiyalar bu faktı qəbul eləmək istəmirlər. Hesab edirəm bir müddət sonra hamı onun qələbəsinə uyğunlaşacaq. Onu da deyim ki, yeni seçilən bələdiyyə sədri əslən iğdırlıdır, burada yaşayır və hamı da onu yaxşı tanıyır. Yəqin ki, 13 aprel açıqlamasından sonra vəzifəsinin icrasına başlayacaq.

- Azərbaycanda hər zaman Türkiyə ikinci vətən hesab olunub, amma razılaşaq ki, İğdırın ikinci vətənimizdə xüsusi yeri var. Hətta bizlər İğdıra Türkiyənin içində kiçik Azərbaycan deyirik. Azərbaycanlılar adətən türk millətçilərini sevər və dəstəkləyərlər. Bir halda ki münasibət belədir, İğdırda azərbaycanlıların sözü keçərlidir, niyə MHP qələbə qazana bilmir?

- İğdır Türkiyənin Azərbaycanla sərhədi olan yeganə vilayətidir. Naxçıvanın Sədərək və Türkiyənin Dilucu qapıları iki ölkəni bir-birinə bağlayan yeganə məkandır. Bu gün Naxçıvan qapısı İğdırda hər kəsə iqtisadi qazanc gətirməkdədir. Bundan oradakı azərbaycanlılar nə qədər faydalanır, bu başqa məsələdir. Çox istərdik ki, Azərbaycanın İğdırla bağlı ayrıca siyasəti olsun. Bu gün, məsələn, İran İğdır vilayəti ilə daha çox maraqlanır, nəinki Azərbaycan. Burada azərbaycanlılar əvvəllər daha çox idilər, hazırda sayları çox azalıb. Səbəbi isə iqtisadi rifahdır. Onlar daha yaxşı qazanmaq və yaşamaq üçün Türkiyənin digər bölgələrinə köçüb gediblər. Bu gün İğdır başqa yerlərdən nəzarətsiz şəkildə gələn gəlmələrlə dolub daşır. İğdırda HDP-yə səs verən seçicilərin sayı daha çoxdur. Nəzərə alaq ki, son 10 ildir burada bələdiyyə məhz HDP tərəfindən seçilir.

- İğdır Türkiyənin Azərbaycanla yanaşı həm də Ermənistana açılan qapısı olduğu üçün, məncə strateji əhəmiyyəti daha böyükdür. Əlbəttə, Türkiyə dövlətinin yürütdüyü məlum milli siyasət var. Bəlkə buna görədir ki, millətçilərin İğdırda qalibiyyəti çətinləşir. Sinan Oğandan sonra burada millətçilərin zəiflədiyi açıq duyulur...

- Bu vilayət Türkiyənin üç ölkə ilə sərhədi olan yeganə bölgəsidir. Bu gün İğdır Azərbaycan, Ermənistan və İranla həmsərhəddir. Hazırda İran və Ermənistan Azərbaycandan fərqli olaraq burada çox güclü iş aparır. Burada elə vəziyyət yaranıb ki, erməni lobbisinə və Qarabağın işğalına qarşı çıxan hər kəsdən şikayət edilir. Hətta mən özüm bir az əvvəl məhkəməyə gedib ifadə vermişəm. Soruşdular ki, günahım nədir, dedim Azərbaycanı sevmək.

- Ermənistandan söz düşmüşkən, sərhədlərdə vəziyyət necədir, Ermənistana gediş-gəliş varmı?

- Ermənistanla sərhədlər bağlıdır. Ancaq İrəvandan İstanbula hər gün təyyarə uçur. Ermənilər Gürcüstan və İran üzərindən də Türkiyəyə gəlirlər. Eyni zamanda avtobusla səyahət edənlər çoxdur. Bu gün Türkiyədə 100 mindən çox Ermənistan vətəndaşı olan erməni məskunlaşıb işləməkdədir. Təəssüf ki, bu məsələləri açıqlayan yeganə təşkilat bizim dərnəkdir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.05.2019
18.05.2019