Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Bakıda keçirdiyim bir neçə həftə ərzində çoxlu dostlar qazanmışam” - səfir Bavitlunq Vanlalvavna
Tarix: 08.04.2019 | Saat: 12:47:00
Bölmə:Müsahibə | çapa göndər

Hindistanın ölkəmizdəki keçmiş səfiri, əziz dostumuz Sanjay Rananı vətəninə yola salandan sonrakı qısa müddət ərzində səfir postu boş qalsa da, artıq bu kürsü yeni sahibini tapıb. Hindistan hökuməti təcrübəli diplomat Bavitlunq Vanlalvavnanı Azərbaycana səfir göndərib. Amma o kimdir, daha əvvəllər haralarda işləyib, Azərbaycan haqqında məlumatı olub, ya yox, bunları öyrənmək üçün görüşüb müsahibə etmək qərarına gəldim. Sağ olsun, köməkçisi Leyla xanımın yardımı ilə istəyim reallaşdı və beləliklə, səfir Vanlalvavna ilə oxucularımızı baş-başa buraxıram.

- Uzunmüddətli iş təcrübəm var. Son 20 il ərzində Hindistanın Tokio, Şanxay, Brussel və Qahirədə yerləşən nümayəndəlikləri də daxil olmaqla müxtəlif ölkələrdə diplomat kimi fəaliyyət göstərmişəm. Bu müddət ərzində həmçinin, Dehlidə yerləşən baş qərargahda da çalışmışam. Səfir olaraq Azərbaycana gəlməzdən əvvəl Hindistanın Sidneydəki Baş Konsulu idim.

- Bəs necə oldu ki, Azərbaycana təyinat aldınız, bu barədə əvvəldən bilirdiniz?

- Qərarı dövlət verir. Mən isə rəhbərliyim tərəfindən gözəl ölkənizə səfir təyin edildiyim üçün özümü çox xoşbəxt hiss edirəm.

- Səfir təyin olundunuz, bəs gedəcəyiniz ölkə - Azərbaycan barədə məlumatınız vardımı, qiyabi də olsa tanıyırdınız ölkəmizi?

- Əvvəllər bir dəfə olmuşam Azərbaycanda. 2007-ci ildə hökümət nümayəndə heyətinin tərkibində Bakını ziyarət etmişəm. Həmçinin, Azərbaycana aid bir neçə kitab oxumuşam, internetdən çoxlu məlumatlar əldə etmişəm. Əvvəllər Bakıda işləmiş dostlarımdan və rəsmi şəxslərdən də ölkəniz haqqında xeyli məlumat almışam.

- Tək gəlmisiniz, yoxsa ailəniz də burdadır?

- Azərbaycana oğlumla birlikdə gəlmişəm. O, hazırda Bakıdakı beynəlxalq məktəblərdən birində oxuyur. Həyat yoldaşım və digər övladlarım da yaxın vaxtlarda bizə qoşulacaqlar.

- Qısa vaxt olsa da burdasınız, xoşunuza gəldimi Azərbaycanda gördükləriniz?

- Bu bir neçə həftə ərzində Bakıya aid təəssüratlarım olduqca müsbətdir. Azərbaycan xalqının ümumilikdə və qədim tarixi bağlarımız səbəbindən hindistanlılara qarşı çox mehriban olduqlarını düşünürəm. Hind filmləri və musiqisinə olan sevgi onları Hindistana daha da yaxınlaşdırır. Qısa müddət ərzində Bakıda və Azərbaycanın digər şəhərlərində baş vermiş sürətli inkişaf məni valeh edir. Yeməkləri, Bakı küçələrini, gözəl kənd yerlərini və daha əhəmiyyətlisi, indiyədək ünsiyyətdə olduğum insanların müsbət ruhunu çox bəyənirəm.

- Böyük və qədim Hindistanla kiçik, amma qədim olan Azərbaycan arasında bənzər və fərqli nələri görmək olar? Gəlin ölkələrimiz barədə ümumi müqayisələrlə danışaq...

- Düşünürəm ki, Hindistan və Azərbaycan ortaq zəngin mədəni irsə malikdir. Atəşgah iki ölkə arasında mövcud qədim mədəni bağların əla nümunəsidir. Hindistan dünyada ən böyük dünyəvi dövlətdir. Müxtəlif etiqadları olan insanlar Hindistanda birlikdə dinc şəkildə yaşayır. Oxşar şəkildə, Azərbaycan da multikulturalizmin dünyadakı mərkəzlərindən birinə çevrilib. Hindistan dünyanın sürətlə inkişaf edən iqtisadiyyata malik ölkələrindən biridir. Azərbaycanın da iqtisadiyyatı sürətlə inkişaf edir. İlk olaraq Hindistanda yaranmış Yoqanın artıq Azərbaycanda da həyat tərzinə çevrildiyini düşünürəm.

- Bakıdan kənara, hansısa bölgəmizə getdinizmi və ya getmək istəsəniz ilk səfərinizi hara edəcəksiniz?

- Keçən həftə Ağsu və Şamaxıda olmuşam. Bu həftə də Gəncə əhərini ziyarət etmişəm...

- Hər bir qonağın dediyi kimi, Azərbaycan qonaqpərvər və ləziz mətbəxi olan ölkədir. Mətbəximiz, xalqın ənənəvi mədəni irsi barədə nələri deyərdiniz?

- Doğrudan da, Azərbaycan çox qonaqpərvər ölkədir. Azərbaycan xalqı qonaqları mehribanlıqla qəbul edir və indi əxsən bunun şahidi oluram. Bakıda keçirdiyim bir neçə həftə ərzində çoxlu dostlar qazana bilmişəm. Mən və oğlum yalnız dadlı olduğu üçün deyil, həmçinin sağlam olan Azərbaycan mətbəxini xoşlayırıq.

- Bir az işinizlə bağlı danışın: hər bir şəxs yeni vəzifəyə, xüsusilə də uzaq bir ölkəyə təyinat aldığı zaman vətəni və xalqı qarşısında öhdəliklər götürür. Siz hansı öhdəliklə gəlmisiniz Bakıya? Hansı özəl plan və proqramlarınız var icra ediləsi?

- İkitərəfli əlaqələrimizin bütün sahələrində Azərbaycanla qarşılıqlı əlaqələrimizi inkişaf etdirmək tapşırığı ilə gəlmişəm. Digər qlobal məsələlərlə bağlı əməkdaşlığımızı davam etdirməklə yanaşı, iqtisadi, ticarət, mədəni və insanlararası əlaqələrin gücləndirilməsinə diqqətlə yanaşacağam.

- Bilirsiniz, Azərbaycanla Hindistan arasında minillər boyu ticarət əlaqələri olub və bu əlaqələr Böyük İpək Yolu vasitəsilə icra edilib. Bəs indiki müasir dövrümüzdə bu əlaqələrin həcmi nə yerdədir, ənənəvi münasibətlərimizi lazımi səviyyədə davam etdirə bilirikmi?

- Hindistanla Azərbaycan arasında ikitərəfli ticarət təxminən 922 milyon dollar həcmindədir. İki ölkə arasında genişlənmiş ticarət əlaqələri üçün çox böyük potensialın mövcud olduğuna inanıram. Hindistanın dövlət neft şirkəti ONGC Videş Azərbaycanın neft sektorunda artıq faəliyyət göstərməkdədir. Hindistanın nəhəng SunPharma şirkəti Sumqayıt yaxınlığında zavod açır. Ölkəmizin digər böyük şirkətləri də həmçinin, Azərbaycanda layihələr həyata keçirməkdə maraqlıdırlar. Önümüzdəki illərdə iki ölkə arasında ticarət əlaqələri üçün parlaq bir gələcək görürəm.

- Fəaliyyət müddətinizdə Hindistan-Azərbaycan iqtisadi-siyasi əlaqələrinin həcmini genişləndirmək üçün konkret nə kimi addımlar atacaqsınız?

- Bu gün də Hindistanla Azərbaycan arasında siyasi münasibətlər sürətlə inkişaf etməkdədir. Mütəmadi olaraq ölkələrimiz arasında yüksək səviyyəli səfərlər həyata keçirilir. Hindistan Xarici işlər nazirinin ötən il Azərbaycana etdiyi səfər ölkələrimiz arasında mövcud olan münasibətlərə yeni təkan verdi. Əlaqələrimizin inkişafına təkan verən xarici məsələlər üzrə məsləhətləşmələr və Hökümətlərarası Komissiya kimi təşkilati mexanizm də mövcuddur. Dövlətlərimiz BMT və digər çoxtərəfli təşkilatlar çərçivəsində də əməkdaşlıq etməkdədir. Hindistan APEX Ticarət və Sənaye Palatasının ticarət nümayəndəliklərinin biznes imkanlarını araşdırmaq üçün Azərbaycana səfər edəcəkləri gözlənilir. Ötən həftələrdə Bakıda Azərbaycanın həm ictimai, həm də biznes icmalarını cəlb edən ekskluziv Hindistan Məhsulları sərgisi də keçirilib.

- Necə etməliyik ki, ölkələrimizin zənginliklərini bir-birimizə tanıdaq və bu yolla həm ticarətin həcmini genişləndirək, həm turist mübadiləsini artıraq və sair?

- Qeyd etdiyim kimi, ölkələrimiz arasında qədim mədəni əlaqələr mövcuddur. Regionu ziyarət edən hindistanlı səyahətçilər 500 il əvvəl Atəşgahda qalırdı. Demək olar ki, Beşkünclü Od Məbədi kompleksinə aparan hər bir giriş qapısının üzərində Sanskrit, Devanaqari və Pəncabi yazılarını tapmaq olar. Məndə olan məlumata əsasən təkcə ötən il 40 min hindistanlı turist bu gözəl ölkəni ziyarət edib. Hindistan həmçinin, tibbi turizmin seçilən məkanına çevrilib. Bu gün Hindistanın sərfəli qiymətlərlə təklif olunan dünya səviyyəli təsisatları bütün ölkələrdən insanları cəlb edir. Hər iki tərəf üzrə turist axınını artıracaq birbaşa uçuşların həyata keçirilməsi üzərində çalışırıq. Hesab edirəm ki, birbaşa uçuşlar Hindistandan ölkənizə daha çox iş adamları gətirəcək. Hər iki ölkə tərəfindən təqdim olunan e-viza insanların qarşılıqlı səyahətini asanlaşdırib.

- Bu arada deyim ki, fəaliyyətinizin ilk günləri Bakıda Hind ticarət və satış yarmarkasının açılışı ilə eyni vaxta təsadüf edib və bu yaxşı haldır. Amma məncə Hind mədəniyyəti və incəsənətini Azərbaycanda daha çox təbliğ etmək lazımdır. Axı zəngin Hind mədəniyyəti ancaq Bollivud kinolarından ibarət deyil, musiqiniz, rəqsləriniz, heykəltəraşlıq və sair kimi sahələri də Bakıda sərgilərə çıxarmaq lazımdır...

- Hər il iki dəfə Bakıda Hindistan ticarət sərgiləri təşkil olunur. Sevinirəm ki, bu ilki sərgi gəlişimdən sonra baş tutdu. Məmnunam ki, ilbəil Hindistan ticarət sərgilərini ziyarət edənlərin sayı artır və bu Azərbaycanda Hindistan məhsullarına artan marağı göstərir. Hindistan Mədəni Əlaqələr Şurası (HMƏŞ) Hind rəqs və musiqisinin Azərbaycanda nümayiş etdirilməsi üçün zaman-zaman Azərbaycana mədəniyyət truppaları göndərir. Bu il də həmçinin, iyul-avqust aylarında Hindistandan bir neçə mədəniyyət truppasının gəlməsi gözlənilir. Azərbaycanda Hind filmləri və musiqisinə olan sevgi məni heyran edir. Düşünürəm ki, Bakının və Azərbaycanın digər şəhərlərinin görməli yerləri Bollivud və digər Hindistan film istehsalçılarının diqqətini çəkir. Bu isə Azərbaycanın turizm məkanlarını Hindistanda təbliğ edəcək.

- Biz nə vaxtsa cənab baş nazir Narendra Modini Bakıda görə biləcəyikmi? Ümumiyyətlə, rəsmi səfərlər təşkil etmək niyyətiniz varmı, bu il ərzində hansı yüksək çinli dövlət nümayəndəsinin qarşılıqlı səfəri nəzərdə tutulub?

- Qeyd etdiyim kimi, ölkələrimiz arasında ikitərəfli əlaqələr gündən-günə genişlənməkdədir. Bu ilin oktyabr ayında Bakıda Qoşulmama Hərəkatının Zirvə Görüşü keçiriləcək. Təbii ki, Hindistandan da yüksək səviyyəli nümayəndə heyətinin bu tədbirdə iştirakı gözlənilir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.04.2019
19.04.2019