Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Nəsimi rayon İcra Hakimiyyətində müşavirə
Tarix: 08.04.2019 | Saat: 18:15:00
Bölmə:Sosial | çapa göndər

Nəsimi rayon İcra Hakimiyyətində rayonun təsərrüfat, xidmət sahələrinin və mənzil-tikinti koperativlərinin rəhbərlərinin iştirakı ilə rayonun sanitar-təmizlik vəziyyətinə, çoxmənzilli yaşayış binalarında yanğından mühafizə ilə əlaqədar müvafiq tədbirlərin görülməsinə və rayon ərazisindəki mənzil-tikinti koperativlərinə məxsus çoxmənzilli yaşayış binalarında mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətlərinin yaradılmasına həsr olunmuş müşavirə keçirilib.
Müşavirəni giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti Başçısının müavini Qurban İsmayılov son illər rayonda aparılan genişmiqyaslı abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işlərindən danışaraq, rayonda sanitar-təmizlik işlərinin daim nəzarətdə saxlanıldığını bildirdi.
Qeyd olundu ki, rayon üzrə ümumi sanitar-təmizlik vəziyyətinin qənaətbəxş səviyyədə olmasına baxmayaraq, rayon ərazisindəki müxtəlif MTK-lara məxsus bəzi yaşayış binalarının həyətlərində məişət tullantılarının daşınması ilə bağlı yaranan bir sıra çatışmazlıqlar mövcuddur.
Bildirildi ki, rayonun sanitar-təmizlik vəziyyəti, rayon ərazisindəki parklarda, mövcud yaşıllıqlarda sanitar-təmizlik işləri, mövcud yaşıllıqlara qulluq göstərilməsi, yollarda və səkilərdəki abadlıq işlərinin başa çatdırılması daim ciddi nəzarətdə saxlanılmalıdır.
Əhalinin sıx yaşadığı çoxmənzilli yaşayış binalarında yanğından mühafizə ilə əlaqədar müvafiq tədbirlərin görülməsinin vacibliyi qeyd olundu.
Müşavirədə rayon ərazisindəki MTK-lara məxsus binalarında mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətlərinin yaradılması barədə MTK rəhbərlərinə müvafiq tövsiyyələr verildi.

Azad



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.04.2019
19.04.2019