Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Suraxanıda 10 milyonuncu sakinin dünyaya gəlməsi təntənəli qeyd edilib
Tarix: 08.04.2019 | Saat: 18:30:00
Bölmə:Sosial | çapa göndər

2019-cu il aprelin 6-da Ağdərə rayonunun sakinləri, hazırda Ağdam rayonunun Baş Güneytəpə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı ilə Həsənov Rauf Yunis oğlunun ailəsində Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi Suraxanıda silsilə tədbirlərlə qeyd edilib. 

Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvləri, YAP Suraxanı Rayon Təşkilatının fəallları, ictimaiyyətin nümayəndələri Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətilə əvvəlcə Neftçilər parkında 300 ağac əkib. Aksiyada 240 nəfər iştirak edib. Daha sonra Azərbaycanın 10 milyonuncu sakininin anadan olması münasibətilə Suraxanı Rayonu Heydər Əliyev Mərkəzinin qarşısındakı meydanda Ulu Öndərin abidəsinin önündə rayon gənclərinin iştirakı ilə “On milyon” adlı fləşmob təşkil edilib.

Azərbaycanın 10 milyonuncu sakininin anadan olması münasibətilə Heydər Əliyev parkında təşkil olunmuş konsertdə tanınmış incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış edib. Konsertdə qeyd olunub ki, Aprel ayı Azərbaycan xalqı üçün zəfər ayıdır. Bu günlər Azərbaycan ictimaiyyəti 2016-cı ilin aprelində baş vermiş və ordumuzun şəksiz qələbəsi ilə nəticələnmiş məşhur “dördgünlük müharibə”nin – Aprel zəfərinin üçüncü ildönümünü qeyd edir. Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasındadır. Güclənən Azərbaycan, qüdrətli Azərbaycan, əhalisinin sayı durmadan artan Azərbaycan mənfur düşmənimiz üçün daim qorxu mənbəyidir. Azərbaycanda hakimiyyət və xalq arasında monolit birlik var. Xalq Prezidentini sevir. Prezident isə xalqın mənafeyini hər şeydən üstün tutur. Belə bir ölkənin vətəndaşı olmaqdan qürur duyuruq. Konsertin sonunda möhtəşəm atəşfəşanlıq olub.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
26.06.2019
25.06.2019