Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Heydər Əliyev mərkəzlərinin inteqrativ veb-portalı yaradılır
Tarix: 08.04.2019 | Saat: 22:19:00
Bölmə:Mədəniyyət | çapa göndər

Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevin irsinin öyrənilməsi, tədqiqi və təbliği əsas vəzifələrindən olan Mədəniyyət Nazirliyinin strukturunda fəaliyyət göstərən Rayon (şəhər) Heydər Əliyev mərkəzlərinin işinin müasir dövrün tələblərinə uyğun qurulması, mərkəzlər arasında işgüzar əlaqələrin yaradılması, həyata keçirilən tədbirlərin işıqlandırılması və yeniliklərin tətbiq edilməsi məqsədilə Rayon (Şəhər) Heydər Əliyev mərkəzlərinin inteqrativ veb-portalı yaradılır.

Mədəniyyət Nazirliyindən hafta.az-a verilən məlumata görə, məsələ ilə əlaqədar Bakı şəhəri Qaradağ rayonunun Heydər Əliyev Mərkəzində Rayon (Şəhər) Heydər Əliyev mərkəzlərinin rəhbərlərinin iştirakı ilə ümumrespublika müşavirəsi keçirilib.

İclas zamanı portalın strukturu, məzmunu, idarə olunması, müvafiq məlumatların daxil edilməsi və bu kimi məsələlər müzakirə olunub.

Nazirliyin Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin təşkilatçılığı ilə keçirilmiş müşavirədə veb-portalın hazırlanması ilə məşğul olan müvafiq İT-şirkətinin nümayəndələri, Rayon (şəhər) Heydər Əliyev mərkəzlərinin direktorları və veb-portalın təşkili ilə məşğul olacaq operatorlar iştirak ediblər.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
26.06.2019
25.06.2019