Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“BDU-nun 1500 nəfərlik yataqxana layihəsi artıq hazırdır” – Nəbi Ramazanov
Tarix: 09.04.2019 | Saat: 15:42:00
Bölmə:Sosial | çapa göndər

“Hardasa, 8-10 min tələbənin yataqxanaya ehtiyacı var. 1500 nəfərlik yataqxananı özümüz ayrıca tikmək istyirik. Bu yataqxana da nəzərdə tutulmuş ikinci yataqxana kompleksinin yaxınlığında tikiləcək. Həmin 1500 nəfərlik yataqxananın layihəsi də artıq hazırdır. Sadəcə olaraq şəhərsalma idarəsi 16 mərtəbəli yataqxana binasının tikilməsinə icazə vermədi. Biz də məcbur olub onun 9 mərtəbəli varinatına keçdik”.

Bunu hafta.az-a açıqlamasında Bakı Dövlət Universitetinin (BDU) prorektoru Nəbi Ramazanov deyib. Nəbi Ramazanovun sözlərinə görə, BDU həmin yataqxananı universitetin büdcəsi əsasında da tikə bilər: “Buna universitetin maliyyə imkanları da imkan verir. Amma böyük kompleksi tikməyi biz bacarmarıq. Çünki universitetin təxmini büdcəsi 40 milyon ətrafındadır. Fəqət, kompleks yataqxananın layihə gücü təxminən 200 milyon manatdır. Universitet isə hər il onun təmirinə bir neçə milyon ayıra bilər. İndi fikirləşin, 200 milyonluq layihəni universitet öz gücünə tikməyi bacararmı, təbii ki, xeyr”.

Prorektor deyir ki, amma universitet dövlətdən uzunmüddətli kreditlər götürə bilsə, həmin kompleks yataqxanaları da tikmək olar: “Universitet yaşayır, dövlət yaşayır, həmin kreditləri 10, 20, 30 ilə də qaytarmaq mümkündür. Bu məsələləri həll etmək olar. Asiya İnkişaf Bankı da bu məqsədlə kredit ayırıb layihəni gerçəkləşdirmək istəyir. Yataqxanın illik haqları da real bazar qiymətlərindən aşağı olmalıdır ki, tələbələr də oraya üz tutsun. Əgər bazar qiymətləri ilə eyni və ya ona yaxın olsa, o zaman hər kəs əvvəlki kimi kirayələrə qaçacaq. Tikiləcək yataqxanalarda kirayə qiymətləri haqqında indidən tam fikir söyləmək mümkün olmasa da, deyə bilərəm ki, universitet ətrafındakı kirayə evlərin 50-60 faizi qədərində olacaq”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.04.2019
19.04.2019