Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"İndi vəziyyət o həddə çatıb ki, efirdə söyüş də söyürlər"
Tarix: 09.04.2019 | Saat: 19:15:00
Bölmə:Sosial | çapa göndər

Televiziya kanallarımızda yayımlanan verilişlər zaman-zaman cəmiyyətdə müəyyən qınağa səbəb olur. Çünki, proqramlarda formatın düzgün seçilməməsi, şou verilişlərdə baş alıb gedən bayağılıq birbaşa cəmiyyətin mənəviyyatına zərbə vurur.

Düzdür, efir məkanımızda baş verən neqativ halları aradan qaldırmaq məqsədilə Milli Televiziya və Radio Şurası (MTRŞ) xəbərdarlıq və cərimələr tədbiq edir. Lakin buna baxmayaraq, bəzi telekanallar neqativ məqamlarla bağlı ölçü götürmək əvəzinə bayağılığın həcmini daha da çoxaldırlar. “Space” TV-nin canlı efirində müğənni Rüfət Axundovun etikadan kənar ifadələr işlətməsi isə bunun bariz nümunəsidir. Təbii ki, bu kimi xoşagəlməz məqamlarla üzləşməmək üçün kanallarda Bədii Şuranın yaradılması və nəzarətin gücləndirilməsi artıq zərurətə çevrilib.
Yeri gəlmişkən, ötən ay Azərbaycan Prezidenti İlham Əliyev mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə bildirib ki, televiziyalarda bədii şuraların yaradılması çoxdan gündəmdə olan məsələdir, ancaq əfsuslar olsun ki, öz həllini tapmır: “Mən hesab edirəm ki, Azərbaycan Dövlət Televiziyası – AzTV bu sahədə birinci olmalıdır. Digər telekanallara da tövsiyə olunur ki, bədii şuralar yaradılsın”.

Məsələ ilə bağlı fikirlərini hafta.az-la bölüşən media eksperti, teletənqidçi Qulu Məhərrəmli hesab edir ki, bu kimi hadisələrin baş verməsində birbaşa telekanallar günahkardır: “Çox təəssüf hissi ilə bildirmək istəyirəm ki, bu gün Azərbaycan cəmiyyəti orta və aşağı səviyyəli şou əhlinin təsiri altındadır. Bu, xüsusilə gənclərin davranışında çox aydın şəkildə görünür. “Space” TV-də baş verən hadisə də bunun bariz nümunəsidir. Bu hadisə niyə baş verib? Mənim düşüncəmə görə, bu, birinci növbədə ona görə baş verir ki, televiziya işçiləri öz peşələrinə, öz işlərinə və vəzifələrinə laqeyd və məsuliyyətsiz yanaşırlar. Məsələn, necə ola bilir ki, ifaçının fonoqramı buraxılır, lakin səs rejissoru səs kanalını bağlamır? Necə ola bilir ki, studiyada oturan müğənni o cür qeyri-etik, jarqon ifadələrlə danışır? Yəni, TV-də olan hər kəs işinə məsuliyyətli yanaşmalıdır. Əgər TV-lərdə proqramların, canlı yayımın idarə olunması ilə bağlı nizam-intizam olmazsa, bədii şuralar problemi necə aradan qaldıra bilər axı? Ona görə də telekanal rəhbərləri ilk növbədə bu məsələyə diqqət yetirməlidirlər. Əgər TV-lərdə proqramların idarə olunma səviyyəsi yüksəldilərsə, bu kimi hallar da yaşanmaz”.

Mövzu ilə bağlı hafta.az-a danışan sosioloq Əhməd Qəşəmoğlu Azərbaycanın efir məkanında çox ciddi problemlərin olduğunu deyərək bildirib ki, TV-lərdə bədii şuraların yaradılması vacibdir: “Hesab edirəm ki, bədii şuraların yaradılması hava-su kimi lazımdır. Çünki bu gün cəmiyyətdə gərginliyi artıran beləverilişlərin də, digər proseslərin də qarşısını almaq lazımdır. İndi cəmiyyət çox gərgin durumdadır. Görürsünüz, günü gündən ailə zəminində qətllər də çoxalır. Belə məsələlər həmişə olub. Amma bunlar haqda danışmağın müxtəlif modelləri var, necə gəldi təqdim etmək olmaz. Təbii ki, bu hadisələrə göz yummaq da olmaz, amma bu o demək deyil ki, ictimailəşdirmək, hər gün insanların gözünə soxmaq lazımdır. Məsələn, elə adamlar var ki, neqativ hadisələrdən impuls alır, təkrarlamağa çalışır. Tutaq ki, bəzi filmlərdən ilham alaraq oradakı hadisələri təkrarlayanların olması faktlarla sübut olunub. Əgər tədqiqat aparsaq görərik ki, bizdə telekanalların insanlara təsir gücü digərlərindən daha çoxdur”.

Sosioloq bildirdi ki, TV-lərdə bayağı verilişlərin sayının artması bir sıra amillərdən qaynaqlanır: “Televiziya kanallarının bayağı verilişlərə üstünlük verməsinin iki səbəbi vardır. Televiziyaların fəaliyyətini tənzimləyən yuxarı təşkilatlar bayağı verilişlərin azaldılması ilə bağlı tələbi həmin telekanallar qarşısında sərt şəkildə qoymurlar. İkinci bir tərəfdən, bayağı verilişlərin sayının artması bəzi televiziya kollektivlərinin yaradıcılıq imkanlarının aşağı olmasından qaynaqlanır. Kanal rəhbərləri onlar üçün reytinq toplamağın vacib olduğunu bildirir.

Ona görə də bayağı verilişlər hazırlamağa üstünlük verirlər. Amma onlar bilmir və yaxud bilmək istəmir ki, yaxşı yaradıcı kollektivlə də maraqlı reytinqli verilişlər hazırlamaq olar. Hələ də düşünürlər ki, ancaq bayağı verilişlərlə reytinq toplamaq mümkündür. Həmçinin, ölkədə bir qrup insanda həqiqətən də belə bayağı verilişlərə tələbat yaranıb. Bayağı verilişlərin sayının artması olduqca təhlükəli haldır. Hətta deyərdim ki, bu sayaq verilişlər narkotikdən də təhlükəlidir. Narkotik ancaq kiçik bir dairədə insanlara ziyan vurursa, televiziyalar bayağı verilişlər hazırlamaqla mənəvi narkotik rolunu daşıyır və insanları mənəvi dəyərlərdən aşındırırlar. Gənclərimizin mənəviyyatına zərbə vurduqca hər sahədə onun eybəcərlikləri özünü göstrərəcək. Universitet auditoriyasında tələbələr televiziyalardakı bayağı verilişlərdəki axmaq gülüş və hərəkətləri təkrarlayırlar. Belədə televiziyaların bayağı verilişlərində verilən süjetlər avtomatik olaraq həmin gənclərə keçir. Nəticədə böyük mənəvi zərbə alırıq. Ona görə də belə hallara qarşı əks reaksiyalar olmalıdır və bu məsələyə nəzarət artırılmalıdır. Bu mənada hesab edirəm ki, bədii şuraların yaradıması neqativ halların aradan qaldırılmasına müsbət təsir göstərə bilər. Təbii ki, əgər həmin şuralarda bu sahəni bilən vicdanlı insanlar təmsil olunarsa, o zaman effektivlikdən söhbət gedə bilər”.

Məsələ ilə bağlı fikirlərini hafta.az-a açıqlayan AZTV-də fəaliyyət göstərən bədii şuranın üzvü, bəstəkar Faiq Sücəddinov isə deyib ki, SPACE TV-də baş verənlər Azərbaycan mədəniyyəti üçün ləkədir: “Bu böyük bir biyabırçılıqdır. TV-lər ciddi missiyanı daşıyırlar. Təqdim olunan verilişlərə qoca da baxır, gənc də baxır, uşaq da baxır. Necə ola bilər ki, efirdə qeyri-etik ifadələrin işlədilməsinə yol verilsin. Biz əvvəllər efirlərdə səslənən bayağı mahnıları müzakirə edirdik və bunun Azərbaycan mədəniyyəti üçün ciddi problem olduğunu deyirdik. İndi vəziyyət o həddə çatıb ki, efirdə söyüş də söyürlər. Bu həqiqətən utancvericidir. Biz AZTV-nin bədii şurası olaraq aprelin 15-də toplanacağıq. Çox güman ki, bu məsələni orda da müzakirə edib müvafiq qərar qəbul edəcəyik”.

Sevinc



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
26.06.2019
25.06.2019