Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Pakistan şirkətləri Bakıda: ucuz geyimlər, bahalı bıçaqlar... REPORTAJ
Tarix: 11.04.2019 | Saat: 14:58:00
Bölmə:Reportaj | çapa göndər


Bakıda Azərbaycan, Türkiyə və Pakistan şirkətlərinin iştirakı ilə ticarət sərgisinin açılış mərasimi keçirilib. 11-13 aprel tarixlərində açıq olacaq tədbirdə Pakistandan 35, Türkiyədən 20 və Azərbaycandan 10 şirkət təmsil olunur. Sərgilənən məhsulların bir hissəsinin pərakəndə satışı da təşkil olunub.

 

Ticarətə stimul

 

Açılış mərasimində İqtisadiyyat Nazirliyinin yanında İxracın və İnvestisiyaların Təşviqi Fondunun ( AZPOMO) icraçı direktoru Yusif Abdullayev çıxış edərək adıçəkilən ölkələr arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb. O, sərgiyə 50-dən çox şirkətin qatıldığını bildirib. "Bildiyimə görə, 200-dən çox nümayəndə qeydiyyatdan keçib. Bu platforma ölkələr arasında ticarət dövriyyəsinin artmasına səbəb olacaq" AZPROMO-nun icraçı direktoru deyib.

Qeyd edək ki, sərgidə tibb alətləri, əczaçılıq və tibb, kosmetika məhsulları, cərrahiyyə və diş müalicəsi avadanlıqları, bıçaqlar və elektrik avadanlıqları, tekstil, təbii dəri, idman geyimləri, mebel, əl işləri məhsulları nümayiş olunur.

Sərginin əsas təşkilatçılarından biri Türkiyənin Sənaye və İş Adamları Dərnəyi – TÜMSİAD-dır.

"Azərbaycan, Türkiyə və Pakistan dövlətləri arasında ticarət dövriyyəsinin həcminin artırılması üçün böyük potensial mövcuddur".
Bu fikirləri isə TUMSIAD-ın rəhbəri Yaşar Doğan sərginin açılışında deyib. "Bu gün Azərbaycanla Türkiyə arasında qarşılıqlı sərmayələrin həcmi 30 milyard dollar təşkil edir. Ölkəmizin Azərbaycanla ticarət dövriyyəsi 2 milyard, Pakistanla isə 1 milyard dollara bərabərdir. Amma biz bununla kifayətlənə bilmərik", - Y.Doğan bildirib.

 

FİFA-nın bəyəndiyi toplar

 

Daha sonra sərginin açılışını bildirən qırmızı lent kəsildi və qonaqlar təmsil olunan şirkətlərin təqdim etdiyi məhsullarla tanışlığa başladı.

İlk olaraq diqqətimi idman mallarının sərgiləndiyi guşə çəkdi. Leatherware Pvt.LTD-nin məhsulları olan futbol topları düzülmüşdü. Burada futbol, futzal və təlim oyunları üçün nəzərdə tutulan hər rəngdə, keyfiyyətli toplar görmək mümkündür. Xarab olmayan materialdan hazırlanan topların keyfiyyəti o qəədr yüksəkdir ki, FİFA bu məhsulu öz etiketi ilə bəzəyir. Qiymətləri də ki, futbol topu 12 dollar, təlim topu 8 dollar və futzal topu 15 dollara verilir.

Şirkətin nümayəndəsi deyir ki, Azərbaycanda satış mərkəzlərinin olmasını çox istəyərdilər və bura da məhz tərfmüqabil tapmaq ümidi ilə gəliblər. O, Leatherware Pvt.LTD olaraq ABŞ, Böyük Britaniya, Çin, Yaponiya, Cənubi Koreya və sair kimi ölkələrdə artıq mərkəzlərini açdığını da əlavə edib.

 

Füsunkar portretlər

 

Bir az aralıda yerləşən guşə öz təmtəraqı ilə bütün sərgiyə gələnləri özünə cəlb edir. “Aygüns Design” adlanan bu guşədə qeyri-adi portretlər sərgilənir. Aygün adlı gənc xanım isə sərgilənən əsərlərin müəllifidir.

Buradakı müxtəlif ölçülü portretləri qeyri-adi edən budur ki, şəkillər Svarovski daşlarla, rəngli muncuqlarla ərsəyə gətirilib. Burada Ümummilli lider Heydər Əliyevlə prezident İlham Əliyevin birlikdə portreti, Azərbaycanın dövlət atributları olan gerb, bayraq, Azərbaycanın xərtəsi nəfis formada tablolara həkk edilib. Eləcə də, Azərbaycanla Türkiyənin, Azərbaycanla Pakistanın qoşa bayraqları, Atatürkün portreti, dini məkanların həkk olunduğu tablolar və sair göz oxşayır. Tabloların müəllifio Aygün xanım deyir ki, burada görünən əl işlərinin qiyməti 50 manatdan başlayır. Ən bahalı tablo isə ümummilli lider Heydər Əliyevlə przident İlham Əliyevin qoşa işləndiyi portretdir ki, qiyməti 3 min manatdır.

Daha bir guşədə isə şirkətlərdən Sheykh of Sialkot Pvt.LTD özünün təbii dəridən işlənən məhsullarını sərgiləyir. Burada nə yoxdur, kişi və qadın üçün dəri gödəkçələr, çantalar, ayaqqabılar. Xalis dəridən tikilən ayaqqabıların bir ədədinin qiyməti 15-17 dollar, çantalar 25 dollar, gödəkçələr isə 70 dollardır. Gödəkçələr satılsa da, ayaqqabılar tək tay olduğu üçün sadəcə nümayiş etdirilir.
Burada həmçinin 10 dollara portmanatlar, 10 dollara qadın çantaları, 6 dollara isə kişilər üçün “kepkalar” almaq mümkündür.

“Rockwell enterprises”in guşəsində tibbin stomatoloji bölməsində istifadə edilən alətlər, avadanlıqlar sərgilənir. Dişin şəkilməsi və müalicəsində istifadə edilən alətin 6 ədəddən ibarət dəsti 100 dollara, adi kəlbətin 70 dollaradır. Niyə belə baha olduğunu soruşduqda isə şirkətin nümayəndəsi bildirdi ki, bu alətlər yüksək keyfiyyətli paslanmayan poladdan hazırlanıb və sıxılması, açılması tam dəqiqdir.

Nümayəndə onu da qeyd etdi ki, Azərbaycanda satış mərkəzlərini və ya məhsullarını Azərbaycan bazarına çıxaracaq tərəfdaş axtarırlar. Sərgiyə də elə bu məqsədlə qatılıblar.

 

400 manatlıq bıçaqlar

 

Cutvlery Association və Toor Enterprises şirkətlərinin təmsil olunduğu guşədə sərgilənən məhsullar da çox maraqlıdır. Düzdür, olduqca bahadırlar, amma bəyənilən mallardır. Deməli, Cutvlery Association-na məxsus mallar adi cib bıçaqlarında mətbəx bıçaqlarına, iri xəncərlər, ət doğramaq üçün baltalar və sair diqqət çəkir. Cib bıçaqlarının qiyməti 50 manatdan başlayır, heyvan kəsmək və sair üçün nəzərdə tutulan iri bıçaqlar (xəncərlər) isə 350-400 manatdır. Ət doğrayan adi baltalar 55 manatdır. Təqdimatçı xanım deyir ki, məhsulları belə baha edən onların materialı və əl işi olmasıdır. Məsələn, 50 manatlıq cib bıçaqlarının materialı yüksək keyfiyyətli polad, dəstəkləri isə camış sümüyündən yonulub. 400 manatlıq iri bıçaqlar da poladdandır, amma dəstəkləri maral buynuzundan hazırlanıb. Hə, onu da deyim ki, bütün bıçaqlar satılarkən təmiz dəridən tikilmiş qabına qoyularaq alıcıya təqdim olunur.

Guşədə tibbi avadanlıqlar sərgiləyən Toor Enterprises-in məhsulları isə əsasən rəngli və rəngsiz diş protezi saxlamaq üçün qablardır. Rəngsiz olan protez qablarının 6 ədəddən ibarət dəsti 50 dollara, rənglilər isə 30 dollara təklif olunur.

 

Sərginin bərəkəti - kartof

 

Sərgi salonunun lap qurtaracağında isə tikinti materiallarından nümunələr sərgiləyən Diamond Paints şirkəti özünə tərəfdaş axtarır. Burada hər cür boyalara rast gəlmək olar. Ev, maşın, adi məişət əşyalarını rəngləmək üçün hər rəngdə boyanın sərgiləndiyi guşədə bildirdilər ki, məhsullar üçün konkret qiymət deyə bilməzlər. Çünki sərgiyə partnyor axtarmaq üçün gəliblər. Qiymətlər isə əlaqə qurulacaq tərəfdaşla sövdələşərkən razılaşdırılır. Buna baxmayaraq şirkətin pakistanlı təmsilçiləri əlavə etdilər ki, hazırda sərgiyə çıxarılan 3,5 litrlik bu boyalar Pakistan bazarında 2 min rupiyə satılır. Nəzərə alsaq ki, 80 rupi 1 manat edir, o zaman bu boyaların biri 25 manata olur.

Sərgi salonunda ən maraqlı guşə kiçik və sərgilənən məhsulları ən az olsa da, “Al-Rafique enterprises” idi. Ona görə ki, burada hazırda Azərbaycan ictimaiyyətini ən çox maraqlandıran kartof çeşidləri və “Kinow” mandarini sərgilənir. İki növdə kartof qoyulub masaya, görünüşü çox gözəldir. Amma təqdimatçı qiymətlər barədə heç nə demək istəmədi. Onun sözlərinə əsasən, burada gördüyümüz “Sentha” və “Muzika” kartoflarının qiyməti, tərəfdaş tapıldığı təqdirdə, yol xərci, gömrük rüsumları və sair nəzərə alındıqdan sonra müəyyən edilə bilər. Özü də qiymət 1 kiloqrama yox, hər birində 20 ton kartof olan konteynerə qoyulur və sonra alınan rəqəm kiloqram hesabına bölünür. Ona görə də konkret rəqəm söyləmək mümkün deyil.

Sərginin lap girişində yerləşən guşələrin birində “Espair pharmaceuticals” 51 adda dərman preparatları sərgiləməkdədir. Burada ağrıkəsici, qızdırmasalıcı, şəhər əleyhinə, antibiotiklər və sair kimi hər dərdə dəva dərmanlar mövcuddur. Həm təbii, həm də kimyəvi tərkibli olan dərmanların Azərbaycan bazarına çıxarılması üçün isə ilk növbədə tərəfdaşın tapılması vacibdir. Şirkətin təmsilçisi deyir ki, bu üç gün ərzində çalışacaqlar Azərbaycandan partnyor tapsınlar.

Onu da qeyd edək ki, şirkət gətirdiyi dərmanları pərakəndə deyil, ancaq topdansatış formada satır...



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.05.2019
18.05.2019