Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Zığ qəsəbəsində abadlıq və təmizlik işlərinin aparılması sürətlənib - REPORTAJ
Tarix: 11.04.2019 | Saat: 18:30:00
Bölmə:Reportaj | çapa göndər

Mart ayının 26-da Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın və rayonların təsərrüfat və digər xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə şəhərin və onun rayonlarının sanitar təmizlik vəziyyətinə həsr olunmuş xüsusi müşavirə keçirilib.

Müşavirədə qeyd olunub ki, bu günlərdə şəhərin müxtəlif rayon və qəsəbələrinin sanitar təmizlik vəziyyətinin yoxlanılması ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən xüsusi komissiya yaradıllb. Komissiyanın keçirdiyi reydlər nəticəsində ümumi vəziyyətin qənaətbəxş olduğu qeyd olunub, lakin bəzi ərazilərdə, xüsusilə də bir sıra qəsəbələrdə narahatçılıq doğuran problemlərin, o cümlədən kortəbii zibilliklərin mövcud olduğu bildirilib. Müşavirə zamanı mövcud nöqsanları əks etdirən fotomateriallar nümayiş etdirilib, çatışmazlıqlar müzakirə olunaraq onların aradan qaldırılması üçün əlaqədar təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilib və məsələ ciddi nəzarətə götürülüb.
Cavabdeh şəxslərə – ərazilərin sanitar təmizliyi qənaətbəxş olmadığı üçün, Yasamal Rayon MKTB-nın rəisi Rüfət Əhmədova ciddi xəbərdarlıq edilmiş, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Zığ qəsəbəsi üzrə nümayəndəsi Səfa İmanova töhmət verilmiş, onun vəzifədə qalıb-qalmaması məsələsinə baxılması Suraxanı Rayon İcra Hakimiyyətinə tövsiyə olunmuşdur. Eyni zamanda, Bakı Şəhər və Qaradağ Rayon İcra hakimiyyətlərinin birgə yoxlamalarının nəticəsi olaraq işdə yol verdiyi nöqsanlara görə Qaradağ MKTB-nin rəisi Rasim Əhmədov tutduğu vəzifədən azad edilib. Müşavirədə bir sıra digər vəzifəli şəxslərə xəbərdarlıq edilərək, nöqsanların tam aradan qaldırılması üçün 1 ay vaxt verilib.


Artıq müşavirədən xeyli vaxt keçib. Aparılan sanitar-təmizlik işlərinin indiki durumu ilə bağlı yolumuzu Suraxanı rayonu Zığ qəsəbəsindən saldıq. Suraxanı rayonunun bütün qəsəbələrində abadlıq, quruculuq işləri aparılıb. Mərkəzi yollar dövlət səviyyəsində əsaslı təmir edilib, qəsəbələrin daxili yolları abadlaşdırılıb, yeni parklar salınıb, yolqırağı ağaclar əkilib, təmizıik və sanitar işlərə yüksək səviyyədə əməl edilib, məişət tulantıları vaxtlı-vaxtında daşınır. Bütün parklar yenidən qurulub. Qəsəbələrə içməli su və kanalizasiya xətləri çəkilib. Qaraçuxur qəsəbəsində “Neftçilər” parkı yenidən qurulur. Bir sözlə, Suraxanı rayonunda abadlıq, tikinti və quruculuq işləri indinin özündə də yüksək səviyyədə aparılır. Təəssüflər olsun ki, rayonda görülən bu cür abadlıq və quruculuq işlərinə baxmayaraq, Zığ qəsəbəsinin illərlə yığılıb-qalmış problemləri hələ də tam şəkildə öz həlini tapmayıb. Dövlət səviyyəsində sözügedən qəsəbənin mərkəzi yolu standartlara cavab verən səviyyədə çəkilib. Sakinlər üçün çoxmərtəbəli yaşayış binaları tikilir. Lakin görülən işlərə baxmayaraq, qəsəbədə sanitar təmizliyə ciddi fikir verilməyib. Bu da Bakı Şəhər İcra Hakimiyyətinin haqlı iradlarına səbəb olub.

 

Qəsəbədə kadr dəyişikliyindən sonra təmizlik və abadlıq işlərinə başlanılıb. Əvvəlcə yolumuzu Zığ qəsəbə nümayəndəliyi yerləşən parkdan saldıq. Zığ qəsəbə nümayəndəsinin və Zığ Bələdiyyəsi sədrinin səriştəsizliyi ucbatından park baxımsız qalmışdır, ağaclarda budanma, diblərində bellənmə işləri aparılmırdı. Oturacaqlar sınıq-salxaq idi, “söhbətgah”lar, uşaq oyuncaqları, idman qurğuları təmir edilmirdi, basketbol və futbol meydançasından əsər-əlamət belə qalmamışdır. Artıq bu problemlər öz həllini tapıb. Parkın içindəki zeytun ağaclarının gövdəsinə əhəng vurulub, dibləri bellənilib, qurumuş budaqları budanılıb, diblərinə su xətti çəkilib, məişət tullantılarından və zibilliklərdən təmizlənib, oturacaqlar yenisi ilə əvəzlənib, “söhbətgah”larda təmir və rənglənmə işləri aparılıb. Parkın içindəki uşaq oyuncaqları, yelləncəklər, turniklər rənglənib, eləcə də futbol meydançasında abadlıq işləri aparılıb. Parkın çöl divarlarının dağılan hissələri mişar daşları ilə hörülərək bərpa olunub, divarları rənglənib. Bir sözlə, ərazisi, təxminən, 2 hektara yaxın olan park təmir edilərək sakinlərin istifadəsinə verilib.


Sonra parkın yaxınlığılnda yerləşən 1941-1945-ci illərdə Zığ sakinlərindən Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə salınmış abidəyə və eləcə də Zığ qəsəbəsi Şəhidlər Kompleksinə baş çəkdik. Baxışmızlıqdan abidənin və kompleksin yerləşdiyi ərazi bərbad vəziyyətdə idi. Artıq abidə yerləşən park yenidən qurulur. Belə ki, abidənin daxili yolları təmir edilib, çöl divarları mişar daşı ilə hörülüb, milli üslubda təmir və bərpa işləri aparılıb, abidə ətrafında əlvan çiçəklər, güllər və kol bitkiləri əkilib, yaşıllıqlar salınıb.
Rüstəm Kərimov küçəsindən keçən Zığ-Suraxanı şose yolunun şəhərdən gələndə sağ tərəfi mişar daşı ilə hörülərək istinad divarı çəkilirdi. Bələdiyyə yerləşən binanın yaxınlığında və təzə tikilmiş çoxmərtəbəli binalar yerləşən böyük ərazilər zibilliklərdən təmizlənərək yerində abadlıq işləri aparılırdı. Yolboyu ağaclar əkilib.
Adil adlı qəsəbə sakini dedi ki, artıq 10-15 gündür qəsəbədə abadlıq işlərinə start verilib. Ərazi tamamilə zibilliklərdəın təmizlənib. Onun sözlərinə görə, qəsəbənin sanitar-təmizliyinə ciddi fikir verilib: ”Əlibarat Poladov adlı bir şəxs Qəsəbə Nümayəndəliyinin vəzifəsini icra edir. O, hər gün iş başında olur. İllərlə yığılıb-qalmış problemlər öz həlini tapır. Böyük işlər görülüb. Başlıcası, ərazi zibillikdən və məişət tullantılarından tamamilə azad olub. Yerində yaşıllıqlar salınır, tikinti işləri aparılır.

 

Artıq qəsəbənin mərkəzində yerləşən parkda abadlıq işləri başa çatıb, səliqə-sahman göz oxşayır. Suraxanı RİH başçısı İlqar Abbasov tez-tez qəsəbədə olur, təmizlik və aparılan abadlıq işləri ilə maraqlanır”.
Suraxanı RİH Başçısının Zığ qəsəbəsi üzrə nümayəndəsi vəzifəsini icra edən Əlibarat Poladovla elə sahədə, iş başında görüşdük. Nümayəndə “Həftə içi”nə görülən işlərdən danışaraq bildirdi ki, sözügedən qəsəbədə abadlıq və təmizlik işlərinin aparılması sürətləndirilib: “Kəndin mərkəzindən keçən şose yolunun ətrafı əvvəllər mal-qaraların otlaq sahəsinə çevrilmişdir. Artıq bu problem öz həllini tapıb. Belə ki, ərazidən zibilliklər və tullantılar təmizlənərək, yerində abadlıq işləri aparılıb. Eyni zamanda, qəsəbənin köhnə qəbiristanlığın ərazisi zibilliklərdən təmizlənilib. Zığ qəsəbəsi ərazisində yerləşən “Dədə Qorqud”, “Bahar”, “Qum adası”, Zığ bağları masssivlərində də təmizlik və abadlıq işləri aparılır. Yaşıllıq salınan ərazilərə su xətləri çəkilib, yaşıllıqlara qulluq edilir və ağacların dibləri bellənmə işləri aparılır, vaxtlı-vaxtında suvarılır. Məqsədimiz haqlı iradlardan nəticə çıxarmaq və rayon rəhbərliyinin etimadını doğrultmaqla, Zığı abad bir qəsəbəyə çevirməkdir”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.04.2019
19.04.2019