Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Neftçalada toy edən ailənin evi yandı - GÜNÜN TƏZADLARI
Tarix: 12.04.2019 | Saat: 18:30:00
Bölmə:Günün təzadları | çapa göndər

Neftçala rayonunda yanğın hadisəsi baş verdi. Hafta.az yazır ki, "Report"un Muğan bürosunun məlumatına görə, hadisə Qaçaqkənd kəndində qeydə alınıb. Belə ki, kənd sakini Rahim Muradova məxsus ev qəfildən yanmağa başlayıb. Ailənin qızının toy mərasimi olduğundan hadisə zamanı evdə heç kim olmayıb. Yanğın kənd sakinlərinin və FHN-in yerli şöbəsinin əməkdaşlarının köməyi ilə söndürülüb, alovun yarımtikiliyə və ətraf ərazilərə keçməsinin qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır.


Hicablı qız Avropada “İlin qızı” oldu


Efiopiyadan olan 21 yaşlı tələbə Ebtisam Məhəmmədsalih "Microsoft"un İsveçdə təşkil etdiyi "İnformasiya texnologiyaları sahəsində ilin qızı- 2019" mükafatını qazandı. Hafta.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərdə belə deyilir. Ebtisam bu adı almaqdan çox xoşbəxt olduğunu bildirib. O, yalnız 4 il öncə Efiopiyadan İsveçə gəlib. Müsəlman tələbənin sözlərinə görə, başqa bir ölkədə doğulmuş və həm də hicablı bir qızın belə bir mükafat ala bilməsi gözəldir. “Məhəmmədsalihi qızların ən yaxşısı kimi qəbul etməyə bizi bu müsəlman xanımın bərabərlik, müxtəliflik və inklüzivliliyə olan bağlılığı vadar etdi. O, yeni bilik və bacarıqlar əldə etməyə çox ehtiraslıdır və bu gün daha çox nailiyyət qazanmaq üçün fərqli öyrənmə üsullarından necə istifadə etməyin nümunəsi ola bilər”- avropalı təşkilatçılar belə deyib.


Atom bombası hazırlamağı öyrədən sayt bağladıldı


Rusiyanın Perm şəhərində “Evdə atom bombasını necə hazırlamaq olar” adlı məqalə dərc etmiş sayt peyda oldu. Hafta.az yazır ki, Oxu.az-ın verdiyi xəbərə görə, məqalədə atom bombasının hazırlanması barədə müfəssəl məlumat verilib və bu sayt cəmiyyət üçün xüsusi təhlükəli hesab olunub. Perm Şəhər Məhkəməsi saytın bağlanması barədə qərar qəbul edib. Perm şəhərinin baş prokuroru məhkəmə qarşısında bu informasiyanın Rusiya ərazisində yayılmasının qadağan edildiyini əsas gətirərək, saytın bağlanması üçün iddia qaldırıb və məhkəmə bu tələbi təmin edib.


Xətaidə bir evdən iki qardaşın meyidi çıxdı


Bakıda evdən iki qardaşın meyiti tapıldı. Hafta.az yazır ki, “ONA”-nın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, Babək prospekti 90, mənzil 25 ünvanında qeydə alınıb. Aprelin 11-i axşam saat 20.21-də həmin ünvandan “təcili yardım”a çağırış daxil olub. Daxil olan çağırış əsasında “təcili tibbi yardım” briqadası ünvana gedib və orada iki qardaşın - 40 yaşlı Yuri və 44 yaşlı Aleksandr Məhərrəmovların öldüyünü müəyyən ediblər. Hadisə barədə Xətai Rayon Prokurorluğu məlumatlandırılıb. Prokurorluqdan bildirilib ki, daxil olan məlumat əsasında hadisə yerinə və meyidə baxış keçirilib, müvafiq ekspertizalar təyin olunub. Ölən şəxslərin yanında şpris aşkar edilib. Ehtimal olunur ki, adıçəkilən şəxslər yüksək dozada narkotikin təsirindən dünyasını dəyişiblər. Hazırda iki qardaşın ölüm səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq araşdırmalar davam etdirilir.


Öldü... bir saatdan sonra dirildi


Öldüyü deyilən suda boğulmuş adam bir saat sonra həyata döndü. Hafta.az Moderator.az-a istinadla xəbər verir ki, hadisə ABŞ-da baş verib. Belə ki, 14 yaşlı Jon Smit iki yoldaşı ilə birlikdə donmuş gölün üzərində oynayarkən buz sınıb və o, suya düşüb. Yoldaşları isə qaçmağa müvəffəq olub. Sonradan sudan çıxarılaraq xəstəxanaya çatdırılan gənc haqqında həkimlər hər şeyin gec olduğunu və onun öldüyünü bildiriblər. Göz yaşlarına boğulan gəncin anası çarəsiz durumda Allaha dua edir ki, övladı həyata dönsün. Məhz elə həmin an möcüzə baş verir və onun ürəyi döyünməyə başlayır. Baş verənlərdən həkimlər də məəttəl qalır. Həkimlər bildirirlər ki, o, özünə gəlsə də, beynindən ağır zədə aldığı üçün ömürlük yataq xəstəsi olacaq. Amma Jon Smit 16 gün sonra xəstəxanadan öz ayaqları ilə evinə dönür. Artıq hadisənin üstündən dörd il ötür və indi Jonun 18 yaşı var. Amma baş verən olay bu günə kimi mediada yayımlanmayıb və bir möcüzə kimi yalnız indilərdə insanlara çatdırılıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
26.06.2019
25.06.2019