Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Həftənin “evlisi” - HƏFTƏ REYTİNQ
Tarix: 12.04.2019 | Saat: 19:15:00
Bölmə:Həftə-Reytinq | çapa göndər

Prezident İlham Əliyev tanınmış kinorejissor, əməkdar incəsənət xadimi Mahmudov Abduləhəd Əlirzaoğluna (Şeyx Əbdül Mahmudbəyov) mənzil hədiyyə etdi. Bu barədə mediaya kinorejissorun özü məlumat verib: “Bir müddət öncə Prezident mədəniyyət sahəsində xidmətlərimə görə mənə 3 otaqlı mənzil hədiyyə etdi. Mənzil Yasamal rayonu Zivərbəy Əhmədbəyov küçəsində yerləşir. Diqqətinə görə Cənab prezidentə təşəkkür edirəm. Bu, mənim yaradıcılığıma verilən böyük qiymətdir. Mənim bu il 75 yaşım tamam olacaq. Ömrümün 60 ilini Azərbaycan mədəniyyətinə həsr etmişəm. Bu mənə böyük hədiyyə oldu. Evin sənədlərini mənə Mədəniyyət naziri Əbülbəs Qarayev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov təqdim etdi".


Həftənin “mərhumu”


Rusiyanın ikinci böyük şəhəri və prezidentin vətəni Sankt-Peterburq şəhərində Vladimir Putinə daha bir saxta başdaşı qoyulduğu aşkar edildi. Özünü “Pyatnitsa” (“Cümə”) adlandıran qrupun “Teleqram” sosial şəbəkəsində dərc etdiyi fotoda başdaşının üstündə Putinin fotosu, “1952-2019” tarixləri və “Rusiya Federasiyasının Siyasi Meyidi” yazıları görünür. “Teleqram” postunda yazılıb: "Belə görünür ki, bu, Rusiyada prezidentdən məyusluğun ifadə edilməsinin ənənəsinə çevrilir. Zamansız etiraz. Sankt Peterburq 2019”. Başdaşının Sankt-Peterburqun harasında qoyulduğu bəlli deyil. Bu, bir ay ərzində Putinə qoyulmuş dördüncü saxta başdaşıdır.


Həftənin “qalibi”


“Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa Çempionatında ən güclü rəqiblər mənimlə düşmüşdü. Xüsusən erməni idmançıya qalib gəlməyi qeyd etmək istərdim. Komandamızın üzvləri yaxşı çıxış etdilər. Hamımız yarışa hazır idik". Bu sözləri Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa Çempionatında qızıl medal qazanan Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev dedi. Qalib idmançı əlavə edib: “Bütün Azərbaycan idmançılarına yeni-yeni qələbələr arzulayıram. Qalibiyyətim apreldə olub. Azərbaycan xalqı da apreldə şəhidlər verib. Ona görə də qələbəmi şəhidlərə həsr edirəm. Bu qələbəni eyni zamanda onların valideynlərinə həsr edirəm".


Həftənin “Azərbaycan dostu”


Azərbaycan Prezidenti İlham Əliyev Valentina İvanovna Matviyenkonun “Dostluq” ordeni ilə təltif edilməsi barədə Sərəncam imzaladı. Sərəncama əsasən, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında əməkdaşlıq və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Valentina İvanovna Matviyenko “Dostluq” ordeni ilə təltif edilib. Qeyd edək ki, V.Matviyenko Rusiya Federasiya Şurasının sədridir. Onun rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 12-də Azərbaycanda rəsmi səfərdə olub.


Həftənin “xeyriyyəçisi”


Dünya Azərbaycanlıları Mədəniyyət Fondu 2018-ci ildə Mərkəzi Afrika Respublikasında qətlə yetirilən ünlü araşdırmaçı, rejissor Orxan Camalın oğlu 14 yaşlı Mansur Camalı himayəyə götürdü. Mansur 25 yaşına çatandək onun təhsil də daxil bütün xərclərini Dünya Azərbaycanlıları Mədəniyyət Fondu ödəyəcək. Fondun prezidenti, “İnter-Sever” Şirkətlər Qrupunun prezidenti Fizuli Məmmədov Moskvada Mansur Camal və anası İrina Qordiyenkonu qəbul edib. Fizuli Məmmədov Camal ailəsinin Azərbaycanın və Rusiyanın ictimai-siyasi həyatındakı rolunu vurğulayaraq rəhbərlik etdiyi Fondun dəyərli bir irsin varisi kimi Mansura hər zaman dəstək olacağını bildirib.


Həftənin “Qarabağ xalçası”


Moskvadakı Şərq Xalqları İncəsənəti Dövlət Muzeyində "Məkanın harmoniyası. Azərbaycanın ənənəvi incəsənəti" adlı sərgi açıldı. Rusiya və Azərbaycanın Mədəniyyət nazirlikləri, eləcə də Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyi və Azərbaycan Xalça Muzeyinin təşkilatçılığı ilə keçirilən sərgidə Azərbaycan Xalça Muzeyi və Dövlət Şərq Xalqları İncəsənət Muzeyinin kolleksiyalarına aid 100-dən çox dekorativ-tətbiqi sənət nümunəsi nümayiş olunub. Sərginin ən əhəmiyyətli eksponatı isə XIX əsrə aid Qarabağın "Bəhmənli" xalçası olub. Bu xalça 1918-ci ildən Moskvanın Şərq Xalqları İncəsənəti Muzeyinin eksponatları sırasına düşüb. Moskvanın Şərq xaqları incəsənət Muzeyinin kolleksiyası məhz bu xalçadan başlayıb. Qarabağın "Bəhmənli" xalçası 1918-ci ildən yaradılan Şərq xalqları muzeyinin ilk eksponatıdır. Qeyd edək ki, sərgi bir ay müddətində ziyarətçilər üçün açıq qalacaq.


Həftənin “ermənipərəst prezidenti”


Fransa prezidenti Emmanuel Makron 24 aprel tarixini qondarma erməni soyqırımını anma günü kimi elan etdi və bu barədə fərman imzaladı. Xatırladaq ki, Makron hələ prezidentliyə namizəd olduğu dövrdə seçilərsə, bu barədə qərar qəbul edəcəyinə dair vəd vermişdi: “Fransa tarixə doğru baxan ölkədir. Biz 1915-ci il hadisələrini soyqırım kimi tanıyan və 2001-ci ildə isə qanunla rəsmən tanıyan ilk ölkələrdən biri olmuşuq”.


Həftənin “ermənipərəst parlamenti”


İtaliya parlamenti Osmanlı imperiyasında qondarma “erməni soyqırımı”nı faktiki olaraq tanıyan qətnamə qəbul etdi. Qətnamə 382 səs lehinə, o səs əleyhinə, 48 bitərəf olmaqla qəbul edilib. Sənəddə İtaliya hökuməti rəsmən “erməni soyqırımını tanımağa" və bu məsələyə beynəlxalq qiymətləndirmə verməyə çağrılır. Türkiyə dövləti və ayrıca XİN məsələyə kəskin reaksiya verib. Xarici işlər naziri Mövlut Çavuşoğlu özünün “Tvitter” hesabında tarixi siyasiləşdirən bütün addımlar kimi İtaliya parlamentinin bu üzdəniraq qərarının da “yox” hökmündə olduğunu bildirib.


Həftənin “otelçi futbolçusu”


İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi daha bir otel aldı. Yalnız böyüklər üçün nəzərdə tutulan “Sea Sun Fona” adlı otel Malyorkada yerləşir. Dörd ulduzlu mehmanxana 98 otaqdan ibarətdir. Otelin sabiq sahibi Visente Miralyes satışın bu ilin fevralında reallaşdığını bildirib. Hazırda təmirdə olan otelin açılışı mayın 2-ə nəzərdə tutulub. Qeyd edək ki, Lionel Messinin İspaniyanın İbitsa və Sidjes bölgələrində də otelləri var.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.05.2019
20.05.2019