Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Beynəlxalq Kino Arxivləri Federasiyasının növbəti konqresində ölkəmiz də təmsil olunub
Tarix: 14.04.2019 | Saat: 21:50:00
Bölmə:Mədəniyyət | çapa göndər

İsveçrənin Lozanna şəhərində Beynəlxalq Kino Arxivləri Federasiyasının (FİAF) 75-ci konqresi keçirilib. Açılışı mötəbər qonaqların iştirakı ilə reallaşan konqres çərçivəsində Azərbaycan Dövlət Film Fondu üçün geniş təqdimat təşkilat olunub.

Dövlət Film Fondunun mətbuat xidmətindən hafta.az-a bildirilib ki, İsveçrə Kino Arxivində gerçəkləşən təqdimat mərasimində Fondun direktoru Rasim Salmanov, baş mütəxəssis Rəşad Qasımov və Azərbaycan Respublikasının İsveçrədəki səfirliyinin nümayəndələri iştirak ediblər. 66 ölkədən 140 kino arxivi təşkilatını təmsil edən 450 qonağın iştirak etdiyi mərasimdə çıxış edən Fondun baş mütəxəssisi Rəşad Qasımov Dövlət Film Fondunun fəaliyyəti haqqında geniş məlumat verib. Qeyd edib ki, 2008-ci ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə inşa edilmiş Fondun yeni binasında filmlərin qorunub saxlanılması və bərpası üçün müasir tələblərə cavab verən şərait yaradılıb. Daha sonra Fondun fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub. Azərbaycan kinosu və Dövlət Film Fondu ilə bağlı verilən suallar cavablandırılıb.

Konqres çərçivəsində bir sıra simpoziumlar keçirilib, yeni kino arxiv texnologiyaları və onların tətbiqi qaydaları ilə bağlı dəyirmi masalar təşkil olunub.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
26.06.2019
25.06.2019