Yazi yoxdur
“Qalatasaray” xal itirdi
Tarix: 14.04.2019 | Saat: 23:30:00
Bölmə:İdman | çapa göndər

Türkiyə Super Liqasının XXVIII turunda “Fənərbağça” və “Qalatasaray” komandaları üz-üzə gəlib.

Hafta.az-ın məlumatına görə, “Şükrü Saracoğlu” stadionunda keçirilmiş görüşdə qalib müəyyənləşməyib - 1:1.

Görüşün ilk yarısında qapılara qol vurulmayıb. Əvəzində 42-ci dəqiqədə Hasan Ali Kaldırım VAR sisteminə müraciətdən sonra birbaşa qırmızı vərəqə alaraq, meydan sahiblərini azlıqda qoyub.

66-cı dəqiqədə qonaq komandadan Henri Onyekuru hesabı açıb. Bundan 5 dəqiqə sonra Elyif Elmas bərabərlik qolunu vurub.

Bu nəticədən sonra xallarını 58-ə yüksəldən "Qalatasaray"ın "Fənərbağça" ilə derbilərdə səfər qələbəsi həsrəti 20 ilə çatıb. Hazırda "Cim-Bom" ikinci pillədədir və lider "Başakşehir"dən 5 xal geri qalır.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.04.2019
19.04.2019