Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Son 5 ildə Azərbaycanda 8 tondan çox narkotik vasitə dövriyyədən çıxarılıb - Baş nazir
Tarix: 15.04.2019 | Saat: 10:00:00
Bölmə:Siyasət | çapa göndər

Aprelin 15-də Bakıda Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının və Amerika Birləşmiş Ştatlarının Ədliyyə Departamentinin Narkotiklərlə Mübarizə Administrasiyasının birgə təşkilatçılığı ilə Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfrans (IDEC) işə başlayıb.

Modern.az xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin fəal iştirakı ilə təşkil edilən, “Qlobal tərəfdaşlıqların səfərbər edilməsi” mövzusuna həsr olunan Bakı konfransının məqsədi narkotiklərin qanunsuz dövriyyəsinə qarşı qlobal mübarizəyə cəlb olunmuş yüksək vəzifəli rəsmiləri bir araya gətirmək, bu bəşəri problemin həlli yollarını müzakirə etmək, fikir və qabaqcıl təcrübə mübadiləsi aparmaqdır.

Tədbirdə dünyanın 150-dən çox ölkəsindən 500-dək nümayəndə qatılıb.

Konfransda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə həlak olan şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Beynəlxalq konfransda açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov bu tədbirin əhəmiyyətini vurğulayıb.

O deyib ki, Azərbaycanın xarici siyasəti bütün ölkələrlə qarşılıqlı səmərəli və faydalı əməkdaşlıq prinsipinə əsaslanır.

Baş nazirin sözlərinə görə, narkomaniya və narkotiklərin qanunsuz dövriyyəsi dünyanı narahat edən ən ciddi problemlərdən biridir. N.Məmmədov son 5 il ərzində Azərbaycanda 8 ton 354 kq narkotik vasitənin dövriyyədən çıxarıldığını qeyd edib.

Baş nazir həmçinin qeyd edib ki, 25 ildən çoxdur ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayon işğal ermənilər tərəfindən olunmuş ərazində narkotiklərin qanunsuz dövriyyəsi beynəlxalq terrorizm və narkotiklərin qanunsuz dövriyyəsi üçün səmərəli şərait yaradır.

Qeyd edək ki, aprelin 17-dək davam edəcək Bakı konfransında narkotiklərlə mübarizə üzrə müzakirələr aparılacaq, Azərbaycan paytaxtından dünyaya yeni mesajlar veriləcək.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
26.06.2019
25.06.2019