Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“AMİP-in qurultayı maliyyə probleminə görə keçirilmir” – Əli Orucov
Tarix: 15.04.2019 | Saat: 11:40:00
Bölmə:Siyasət | çapa göndər

“Azərbaycan Milli İstiqlal Partiyasının qurultayının bu vaxta qədər keçirilməməsinin səbəblərindən biri də yaranmış maliyyə problemidir. Çünki qurultayın keçirilməsi üçün müəyyən yer kirayələmək lazımdır. Bir sıra xərclərin qarşılanması labüddür. Təssüflər olsun ki, bu gün ölkənin aparıcı siyasi partiyalarından olan AMİP-də də maliyyə imkanları məhduddur”.

Bunu hafta.az-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) funksioneri Əli Orucov deyib. AMİP funksionerinin sözlərinə görə, onlar partiyaya təşrif buyuran qonaqları da hazırda Nəsimi rayonu ərazisində yerləşən qərargahlarına aparmağa utanırlar: “Bizim beynəlxalq əlaqələrimiz genişdir. Mütəmadi olaraq qonaqlarımız gəlir. Biz həmin insanları partiyaya dəvət edə bilmirik. Hər dəfə müxtəlif bəhanələrlə onları partiyanın hazırkı qərargahına aparmaqdan imtina edirik. Hər halda kimlərsə bunu düşünməyə bilər. Amma biz istəmirik ki, Azərbaycanın beynəlxalq imicinə zərər dəysin. Ən azından xoşa gələn hal deyil. Qurultayın keçirilməməsinin də əsas səbəblərindən biri maliyyə problemidir. Qurultay elə-belə keçirilmir. Bunun üçün müəyyən xərclər lazımdır. Müəyyən yer kirayələnməlidir. Hazırda qurultay keçirmək üçün dövlətin balansında olan yerlər faktiki olaraq yoxdur. Ona görə də məcbursan ki, özəl sektora müraciət edəsən. Onların da xərclərini ödəmək indiki maliyyə durumumuzla heç də üst-üstə düşmür”.

Əli Orucovun sözlərinə görə, hazırda AMİP-in bir sıra maliyyə məsələləri üzvlük haqları hesabına ödənilir: “Partiya dinamik təşkilatdır. Üzv olan da, üzvlükdən çıxan da olur. Bu da təbiidir. Açığı bu barədə dəqiq statistika məndə yoxdur. Hər halda, bu barədə dəqiq məlumatı partiyanın səlahiyyətli şəxsi məlumat verə bilər. Bu gün ölkənin aparıcı siyasi partiyaları maliyyələşmədən kənarda qalıb. Bildiyimiz kimi seçki qanunvericiliyində edilən son dəyişikliyə görə, partiyanın maliyyələşməsi aşağıdakı hallar üzrə baş verir; parlamentdə təmsil olunan çoxluq, Milli Məclisdə təmsil olunan azlıq, digərləri isə seçkidə iştirak edən və seçicilərin 3 faizdən artıq səsini qazanmış partiyalardır. Bu səs faizini qazanan partiyalar yoxdur. Ona görə də parlamentdən kənarda qalan partiyalar maliyyədən məhrum olublar. AMİP-in dəftərxana, kommunal xərcləri üzvlük haqları hesabına ödənilir. Bu da çox çətinliklə həyata keçirilir”.

Qeyd edək ki, Azərbaycan Milli İstiqlal Partiyasının keçmiş sədri Yusif Bağırzadə 2015-ci ilin oktyabrın 7-də partiya başqanlığından və üzvlüyündən səhhəti ilə bağlı olaraq imtina etdiyini açıqlamışdı. O vaxtdan bu günə qədər adıçəkilən partiyaya sədr seçilməyib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
26.06.2019
25.06.2019