Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bu gün Beynəlxalq Mədəniyyət Günüdür
Tarix: 15.04.2019 | Saat: 12:49:00
Bölmə:Mədəniyyət | çapa göndər

Hər il aprelin 15-i Beynəlxalq Mədəniyyət Günü kimi qeyd olunur. Bu münasibətlə Azərbaycan Milli Kitabxanasında “15 aprel - Beynəlxalq Mədəniyyət Günüdür” adlı kitab sərgisi açılıb.

Kitabxanadan hafta.az-a verilən məlumata görə, sərgidə Azərbaycan, dünya mədəniyyəti, incəsənəti, mədəniyyətlərin qarşılıqlı əlaqəsində UNESCO-nun rolu haqqında Azərbaycan dilində və xarici dillərdə kitablar və dövri mətbuat materialları nümayiş olunur. Sərgi bir həftə davam edəcək.

Bu tarix 1935-ci il, aprelin 15-də Vaşinqtonda “Bədii, elmi müəssisə və tarixi abidələrin mühafizəsi və qorunması haqqında” müqavilənin imzalanması ilə əlaqədardır. Ümumdünya Mədəniyyət Gününün qeyd olunmasını ilk dəfə 1931-ci ildə Belçikanın Brügge şəhərində keçirilən konfransda rəssam Nikolay Rerix təklif edib. Həmin vaxtdan etibarən dünyanın bir çox ölkəsində, eləcə də Azərbaycanda 15 aprel - Beynəlxalq Mədəniyyət Günü kimi qeyd edilir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.04.2019
19.04.2019