Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Sudandakı çevrilişdə medianın rolu böyük olub” – Mayada Kamal əl-Din
Tarix: 15.04.2019 | Saat: 12:13:00
Bölmə:Müsahibə | çapa göndər

Sudanda dövlət çevrilişi baş verdi. Biz çoxları bunun xeyli müddətdir etiraz aksiyaları keçirən mülki əhalinin ölkəni cənginə almış sosial böhrandan çıxış yolu kimi səriştəsiz hakimiyyət üzərində qələbəsi sayır. Amma bir qism də gözlə görünəni – çevrilişi ordunun etdiyini deyir. Həqiqətdir, xalq qələbəni küçələrdə, generallar isə həps olunmuş prezident Ömər əl- Bəşirin sarayında edir, bütün iqtidar üzvləri zindanlardadır və onları mülki məhkəmə deyil, ordu mühakimə edəcək. Hər halda generalların özləri belə deyir, baxmayaraq ki, ilk başda iqtidarda gözlərinin olmadığını bildirmişdilər. Deyirlər İsrail, ABŞ və bəlkə də bəzi ərəb ölkələrinin milyonları devirdi Ömər əl- Bəşiri. İnsafən, o, çox dirənmədi etirazçıların qarşısında, hansı ki, onların qabağına top-tüfənglə çıxa bilərdi. Amma bunu etmədi və sonda özü getdi. Bəs bundan sonra nə olacaq, ölkə daxilində vəziyyət hansı səmtdə inkişaf edəcək, xarici siyasətdə dəyişikliklər olacaqmı? Sudanlı məhşur araşdırmaçı yazar, Afrika Koordinasiya və Təhsil Mərkəzinin və Afrika Araşdırmaçılar Dərnəyinin üzvü Mayada Kamal əl-Din qısa müsahibəsində bu suallara aydınlıq gətirməyə çalışır.
Xanım Mayada deyir ki, Sudanda çörək tələbi ilə başlayan üsyanın siyasi müstəvidə inkişafının və ardıyla da çevrilişlə nəticələnməsinin başlıca səbəbinin, mövcud iqtidarın problemlərə çözüm gətirmək istəməməsi olub.

- “Ərəb baharı”nın təsiri ilə Misir, Liviya, Tunis və Əlcəzairdə uzun illər dövləti nəzarətdə saxlayan iqtidarların yıxılmasını hədəf alan hərəkatlar Sudan gənclərini də ruhlandırdı. Əlbəttə, müxalifət də bu vəziyyətdən yararlandı. Xüsusilə də sosial mediadan məharətlə istifadə edərək narazı kütləni küçələrə çıxarmağı bacardı. Deyərdim ki, bu gün ortadakı nəticənin xəritəsini məhz 30 il sürən və getdikcə dağılmaqda olan əl-Bəşir hökumətinin passivliyi cızdı.

- Əl-Bəşirin böyük ordusu, polisi vardı, niyə istifadə eləmədi onların gücündən?

- Əl-Bəşir hökuməti keçmişdə də buna bənzər hadisələrlə üzləşmişdi deyə özünə çox arxayın idi. Fikirləşirdilər ki, əvvəllər olduğu kimi yenə də xalqı sakitləşdirə biləcəklər. Ona görə də qəzəblənmiş narazı kütlənin gücünü ciddiyə alıb tədbir görmədilər.

- Məncə etiraz aksiyaları xaricdən dəstəklənib. Ona görə də çevriliş belə asanlıqla baş tutdu...

- Sudandakı etiraz aksiyalarının arxasında xaricdən verilən hərtərəfli dəstək kifayət qədər ciddi olub. Xaricdən müxalifətə aksiyaları idarə etmək üçün böyük məbləğdə pullar xərclənib. Baxın, Sudanda nə baş verdisə ilk olaraq xarici mediada manşetlərdə işıqlandırıldı. Sosial media isə hadisələri çox vaxt şişirdib, hətta olmayanları reallıq kimi təqdim etdi. Bunlar isə narazı kütləninin iqtidarı devirmək üçün inamını daha da gücləndirdi. Bununla da medianın olmayan bir şeyi necə gerçəkləşdirdiyinin şahidi olduq.

- Konkret hansı ölkələr dəstəkləyə bilərdi çevrilişi?

- İsrail üsyan zamanı narazı qüvvələri açıq-aşkar dəstəkləyib. Eynən ABŞ və İngiltərədən olan diplomatlar da, həm sosial media üzərindən, həm də birbaşa meydanlara gedərək üsyançıların yanında olduqlarını deyib, hökuməti devirməyə təşviq etdilər. “Əl Cəzirə” və “Əl Arabiya” telekanalları da bu prosesdə əl-Bəşir iqtidarının əleyhinə təbliğat aparıblar.

- Əl-Bəşirin nəzarətindəki media nə işlə məşğul olub, ümumiyyətlə, iqtidar niyə narazı xalqla danışıqlar aparmadı?

- Əslində hökumət siyasi müstəvidə problemləri çözmək üçün xeyli səy göstərib, amma mətbuat tərəfindən təbliğ edilmədiyi üçün nəticəsi olmadı. Yəni hökumətin nə etmək istədiyindən xalq xəbər tutmadı. Əl-Bəşir narazıların tələblərini yerinə yetirməyə çalışırdı. Hökumət istefaya göndərildi. Hətta iqtisadiyyatda müsbət işartılar da görünürdü, ancaq media bütün bunları xalqa çatdırmadı. Təbii ki, xalq da gözləyə-gözləyə qaldı və narazılığı daha da artdı.

- Yaxşı, istənilən baş verdi, əl-Bəşir getdi, bundan sonra nə olacaq, narazılar istədiklərini ala biləcəklərmi?

- İnsanlar əl-Bəşirdən sonra nə olacağını düşünmədən hərəkət etdilər. Onların bircə fikri vardı: təki əl-Bəşir getsin, vəssalam. Hansı ki, xalq əl-Bəşirin bu neçə illərdə siyasətdə bişmiş, əsl dövlət adamı olduğunu bilməliydi. Məhz əl-Bəşirin sayəsində bölgəmizdə sülh atmösferi yaranıb.

- İki il müddətinə keçid dövrü elan olunub, sonra sivil hökumət qurulacaqmış. Yeni hökumətin müsbət dəyişiklik edəcəyinə inanırsınız?

- Sudanın problemləri hərbi çevrilişlərlə deyil, iqtisadi və siyasi islahatlarla aradan qaldırılmalıdır. İqtidarı ələ keçirən indiki hərbi qüvvələrin köklü dəyişiklik etməsi mümkün deyil. Eyni zamanda bundan sonra ölkənin gələcəyi məsələsində ciddi narahatlıqlar var. Təsəvvür edin: çevriliş baş tutub, amma insanlar küçəyə çıxma yasağının olmasına baxmayaraq hələ də evlərinə çəkilmirlər. Xalq qurulacaq keçid hökumətində mülkilərin söz sahibi olmasını tələb edir. Küçəyə çıxma yasağı var, müxalifət isə bunu gözardı edərək aksiyalarında israrlıdır. Bu halda indiki rəhbərliyin hərbi gücdən istifadə edərək ölkədaxili ictimai asayişi qorumaq istəməsi narahatvericidir. Hər halda yeni hökumətin qurulması və ölkədəki sosial-iqtisadi böhranı aradan qaldırmaq məqsədilə lazımi sabitliyi yaratması lazımdır və həm də bunun üçün xalqı inandırmalıdır...



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.04.2019
19.04.2019