Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Ermənistanda növbəti etiraz aksiyası- Paşinyanın iqtisadi siyasətindən narazıların sayı artır
Tarix: 15.04.2019 | Saat: 12:48:00
Bölmə:Dünya | çapa göndər

Ermənistanda ayrı-ayrı sahələr üzrə çalışan sadə insanların etiraz aksiyaları səngimir. Bu dəfə etiraz aksiyasını «Araratsement» şirkətinin əməkdaşları keçirirlər.

Hafta.az Ermənistan mətbuatına istinadla xəbər verir ki, bir neçə gün əvvəl şirkətin əməkdaşlarına sənaye müəssisəsinin bağlandığı ilə bağlı xəbərdarlıq edilib. İşçilər isə bildiriş almaq üçün zavoda üz tutublar.

"Sement istehsalına çəkilən xərc çox yüksəkdir və satış qiymətləri aşağıdır. Biz İran sementi ilə rəqabət apara bilmirik" - şirkətin bəyanatında deyilir.

İşçilər bu gün səhər zavodun direktoru Manuk Arakelyanla görüşüblər və sənaye müəssisəsinin bağlanma səbəblərini şirkətin sahibi, "Çiçəklənən Ermənistan" partiyasının sədri Qaqik Sarukyandan şəxsən eşitmək istədiklərini bildiriblər. Etirazçılar müəssisəyə gedən yolu bağlayıblar.

Qeyd edək ki, bu rtıq Ermənistanda 2019-cu il ərzində təşkil edilən çoxsaylı etiraz aksiyalarından biridir. Müxtəlif istehsal sahələri, dövlət qurumları, xidmət sektorunda çalışanlar ya əməkhaqlarının kəsilməsi, ya da iş yerlərini itirmələri səbəbindən Paşinyan hökumətinə qarşı etiraz aksiyaları təşkil edirlər. Hökumət isə bu istiqamətdə konkret addımlar ata, seçki.ncəsi iqtisadi dirçəlişlə bağlı vədlərini yerinə yetirə bilmir. Erməni ekspertlər də, Ermənistan cəmiyyətində Paşinyan əleyhdarlarının sayının artdığını söyləyirlər.

Azad



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
26.06.2019
25.06.2019