Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
İran-Azərbaycan sərhədinin 132 kilometri bizim nəzarətimizdə deyil - Əli Həsənov
Tarix: 15.04.2019 | Saat: 14:52:00
Bölmə:Siyasət | çapa göndər

Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində İran-Azərbaycan sərhədinin 132 kilometri bizim nəzarətimizdə deyil.

Hafta.az-ın məlumatına görə, bunu Baş nazirin müavini Əli Həsənov Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransına həsr olunmuş mətbuat konfransında deyib.

Baş nazirin müavini Azərbaycanın işğal olunmuş ərazilərində narkotiklərin qanunsuz dövriyyəsi haqqında danışarkən qeyd edib: "Bu ərazilər erməni silahlı bölmələri tərəfindən işğal edilb. Erməni işğalındakı torpaqlar çox münbitdir. Orada narkotik bitkilər becərilir, bunun üçün laboratoriyalar inşa edilib".

Ə.Həsənov vurğulayıb ki, məsələ ilə bağlı sənədlər BMT-nin Vyana ofisinə təqdim olunub. Bundan sonra monitorinq qrupu yaradılıb, lakin Ermənistan həmin qrupu işğal etdiyi ərazilərə buraxmayıb.

Baş nazirin müavini mətbuat konfransında Bakıda apteklərdə psixtrop tərkibli dərmanların satılması ilə bağlı sualı cavabında isə deyib ki, bunun qarşısı almaq üçün ciddi tədbirlər görülüb və bu gün elə bir şey mümkün deyil.

Ə.Həsənov qeyd edib ki, əvvəllər belə hal qeydə alınsa da, bu gün həmin faktlara rast gəlinmir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.04.2019
19.04.2019