Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Adlarını siyahıda tapmayanlar məhkəməyə müraciət etmək hüququ qazanır” – Vüqar Bayramov
Tarix: 15.04.2019 | Saat: 15:10:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Xəbər verdiyimiz kimi, bu gün Maliyyə Bazarlarına Nəzarət Palatası problemli kreditlər üzrə təzminat alacaq bütün vətəndaşların siyahısını dərc edib. Müştərilərin bəziləri sonuncu siyahıda adlarını tapmayıb. Belə ki, bəzi müştərilər əvvəl kompensasiyalarını sorğu edərkən “sizin məlumatlarınız dəqiqləşdirmə mərhələsindədir” şəklində bildiriş alırdılar.

Bəs adlarını siyahıda tapmayan və kompensasiyadan yararlanmaq hüquqularının olduğunu düşünənlər daha hansı hüquqi yollarla adlarını siyahıya saldıra bilərlər? İqtisadçı ekspert Vüqar Bayramov hafta.az-a açıqlamasında bildirib ki, həmin şəxslərin adlarının portaldan çıxarılmasına Maliyyə Bazarlarına Nəzarət Palatası izah etməlidir: “Güman edirəm ki, əgər vətəndaşın kompensasiya almaq hüququ varsa, heç bir halda onun adının portaldan çıxarılmasına yol verilə bilməz. Bütün hallarda, kompensasiya alan bütün vətəndaşların adları portalda olmalıdır. Mövcud mexanizm elan olduğuna görə hər bir vətəndaş alacağı kompensasiya məbləğini hesablaya bilər. Hətta mexanizmlərə uyğun olaraq şəxsin alacağı kompensasiya məbləği ilə elan olunan kampensasiya məbləği arasında fərq varsa belə, yenə də fərqin aradan qaldırılması ilə bağlı müraciət etmək hüququ var”.

İqtisadçı alim bildirib ki, prezidentin imzaladığı fərmana əsasən aprelin 15-i siyahının tam dəqiqləşdirilməsi ilə bağlı son tarixdir. Siyahı tam dəqiqləşəndən sonra əgər kompensasiya almaq hüququ olan hər hansı bir vətəndaşımızın adı siyahıda yoxdursa, o zaman həmin şəxs Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edərək adının siyahıda olmasını təmin edə və ya buna çalışa bilər: “Əgər vətəndaşın mövcud siyahıda adı yoxdursa və ya güman edirsə ki, onun kompensasiya almaq hüququ var, palataya müraciət etdikdən sonra onun adı yenə də siyahıya daxil edilmirsə, bu zaman həmin vətəndaş məhkəməyə müraciət etməklə məhkəmə qərarı əsasında adının həmin siyahıya salınmasını təmin edə bilər. O baxımdan, mövcud qanunvericilik indiki mərhələdə vətəndaşın adı bu gün ərzində siyahıya daxil edilməyibsə, növbəti mərhəhələdə Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət etmək hüququ qazanır. 15 aprel son tarix olduğundan, 16 aprel tarixindən adının siyahıya daxil edilməsi üçün müraciət etməlidir. Əgər yenə də onun müraciətinə mənfi cavab verilərsə, bu zaman o, məhkəməyə müraciət etməklə kompensasiyanın ödənilməsini məhkəmə vasitəsi ilə təmin edə bilər”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
26.06.2019
25.06.2019