Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
İqlim dəyişikliyinə qarşı mübarizə sahəsində yeni layihənin açılışı olub
Tarix: 15.04.2019 | Saat: 15:40:00
Bölmə:Sosial | çapa göndər

Bakıda Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi və çoxşaxəli partnyorluq prinsiplərini Şərq Tərəfdaşlığı regionu ölkələrində iqlim dəyişikliyinə qarşı effektiv mübarizədə ön plana çəkən EU4Climate adlı yeni regional layihənin açılış mərasimi keçirilib.

Hafta.az yazır ki, qlobal iqlim dəyişikliyi təhlükəsini nəzərə alaraq, 2019-cu ildə Aİ, Azərbaycan, Gürcüstan, Ermənistan, Belarus, Moldova və Ukraynanın üzv olduğu Şərq Tərəfdaşlığı ölkələrində EU4Climate adlı yeni regional layihənin həyata keçirilməsinə başlayıb. Layihə bu altı ölkənin 2015-ci il Paris İqlim Sazişindən, Avropa İttifaqı ilə Assosiasiya və Tərəfdaşlıq Sazişlərindən, Şərq Tərəfdaşlığı çərçivəsində “2020-ci il üçün 20 nəticə” adlı siyasi təşəbbüsdən (xüsusən də iqlimlə bağlı 15-ci və 16-cı nəticələrdən) və Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyindən irəli gələn öhdəliklərinə əsaslanan siyasətin işlənib hazırlanması və həyata keçirilməsi üçün ölkə hökumətlərinə dəstək göstərmək məqsədini daşıyır. EU4Climate layihəsi Aİ tərəfindən maliyyələşdirilir və BMT-nin İnkişaf Proqramı tərəfindən həyata keçirilir.

Açılış mərasimində EU4Climate layihəsinin milli komponentinin təqdimatı keçirilib. Burada hökumət rəsmiləri və digər təşkilat nümayəndələri üçün Azərbaycanda 2022-ci ilədək EU4Climate layihəsi üzrə prioritet məsələlər və növbəti addımları müzakirə etmək imkanı yaranıb.

Bildirək ki, yeni layihə Şərq Tərəfdaşlığı regionu ölkələrinin üzləşdikləri iqlimlə bağlı bir sıra problemləri əhatə edir. Belə ki, bu ölkələrin bir qismində su və enerji çatışmazlığı problemləri mövcuddur. Digərlərində isə ölkələr özünün daxili enerji istehlakı tələbatının 80 faizini təmin etmək üçün faydalı qazıntı növlərindən asılıdır, nəticədə isə bu ölkələrdə enerjidən həddən artıq və qeyri-səmərəli istifadə olunur. Bütün bunlar iqlim dəyişikliyini sürətləndirərək şəhər və kənd icmalarını iqlim dəyişikliyinə qarşı müdafiəsiz edir, eyni zamanda, iqlim dəyişikliyinə uyğunlaşma tədbirlərinin maliyyə xərclərini olduqca artıraraq ölkə hökumətlərinin üzərinə tədricən daha çox maliyyə yükü qoyur.

Layihənin icrasına Aİ 8,8 milyon avro məbləğində vəsait ayırır. Altı ölkənin hər birində EU4Climate layihəsi BMT-nin İnkişaf Proqramı (BMTİP) tərəfindən həyata keçiriləcək. Təkcə Azərbaycanda, Aİ milli səviyyədə iqlim dəyişikliyi ilə bağlı siyasətlərin və təcrübələrin həyata keçirilməsi üçün 830 min avroya yaxın vəsait ayıracaq.

EU4Climate layihəsinin açılış mərasimində çıxış edən Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin müşavir-elçisi və əməkdaşlıq şöbəsinin rəhbəri Simona Gatti bildirib ki, sözügedən layihə Aİ-nin iqlim dəyişikliyinə qarşı birgə tədbirlər görmək üçün Azərbaycan hökuməti ilə strateji tərəfdaşlığını nümayiş etdirir. "Bu layihə, Azərbaycanda Paris İqlim Sazişinin həyata keçirilməsini, habelə Avropa İttifaqı standartları və beynəlxalq standartlara uyğun olaraq iqlim siyasətini və qanunvericiliyin təkmilləşdirilməsini dəstəkləyəcək”, - deyib xanım Gatti.

EU4Climate layihəsinin məqsədi – Azərbaycanda ilk dəfə olaraq –daha az tullantının ayrıldığı və iqlimə davamlı tədbirlərin milli inkişaf planlarına daxil edilməsi, habelə iqlim dəyişikliyi ilə bağlı milli qanunvericiliyin Aİ standartlarına və İttifaqın qanunvericilik toplusuna uyğunlaşdırılması üçün milli potensialı inkişaf etdirməkdir. Şərq Tərəfdaşlığı regionunun altı ölkəsinin hər birində 2050-ci ilədək iqlimlə bağlı fəaliyyət gündəliyi kimi xidmət etmək üçün gələcəyə baxışı əks etdirən və istixana qazlarının miqdarını azaltmaq üçün uzun-müddətli strategiyalar işlənib hazırlanacaq. Ən əsası, layihə, hər bir tərəfdaş ölkədə kənd təsərrüfatı, tikinti və enerji sahələri daxil olmaqla iqtisadiyyatın müxtəlif sektorlarında Paris İqlim Sazişinin yerinə yetirilməsi üçün konkret sənaye sahələri üzrə rəhbər müddəaları müəyyən edəcək.

“BMT sistemində iqlimlə bağlı fəaliyyətin ən iri icraçısı kimi, BMTİP, özünün iqlimlə bağlı məqsədlərini fəaliyyətə çevirmək üçün dünya ölkələri ilə birgə fəaliyyət göstərir”. Bu sözləri BMTİP-in rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandro Frakasetti səsləndirib. “BMTİP artıq neçə illərdir Azərbaycanda ki, ekoloji dayanıqlığı qorumaq üçün bir sıra layihələrdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə uğurla tərəfdaşlıq edir. İqlim dəyişikliyi bu əməkdaşlığın ən prioritet sahələrindən biridir. Biz, iqlim dəyişikliyinin təsirinin azaldılması və ona uyğunlaşmaq məqsədilə daha güclü siyasətin və təcrübələrin işlənib hazırlanmasında Hökumətə dəstəyimizi davam etdirəcəyik” deyib A.Frakasetti.

EU4Climate layihəsi, eyni zamanda, 2013-2017-ci illərdə Aİ-dən böyük maliyyə vəsaiti alan və Şərq Qonşuluğu ölkələrində, o cümlədən Azərbaycanda, habelə Rusiyada iqlim dəyişikliyinin təsirinin azaldılması və ona uyğunlaşma tədbirlərinə dəstək göstərən ClimaEast proqramının da nəticələrinə, keçmiş təcrübələrə əsaslanacaq.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.04.2019
19.04.2019