Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
12 yaşlı xəstə üzərində çətin əməliyyat aparıldı
Tarix: 16.04.2019 | Saat: 15:10:00
Bölmə:Gündəm | çapa göndər

Azərbaycan Tibb Universitetinin (ATU) Uşaq cərrahlığı kafedrasında 12 yaşlı uşaq üzərində əməliyyat uğurla icra edilib.

Hafta.az xəbər verir ki, kafedranın müdiri, Tədris Cərrahiyyə Klinikasının baş həkimi, professor Ramiz Poluxovun sözlərinə görə, xəstə ağır vəziyyətdə xəstəxanaya daxil olub: “Xəstədə hərarətin yüksək olması, təngənəfəslik, döş qəfəsində kəskin ağrı ilə septiki müşahidə etdik. Dös qəfəsinin KT müayinəsinə əsasən, uşağa bronxogen sistin irinləməsi diaqnozu qoyuldu. Aparılan intensiv əməliyyatönü hazırlıqdan sonra xəstədə sağ tərəfli torakoskopiya, irinləmiş bronxogen sistin drenajı əməliyyatı icra olundu. Əməliyyat zamanı sist boşluğundan 400 ml-ə qədər irin xaric oldu”.

 Klinikanın baş həkimi Ramiz Poluxovun bildirdiyinə görə, bronxogen və enterogen sistlər “broncho pulmonary foregut malformation”termini altında birləşdirilib, eyni embrioloji kökdən yararlanan inkişaf qüsurlarıdır. Bu sistlər vaxtında aşkar olunaraq xaric edilməlidir. Lakin vaxtında müəyyən edilmədikdə sistin irinləməsi kimi fəsadlara və xəstələrin bir neçə dəfə cərrahi müdaxiləyə məruz qalmasına gətirib çıxarır.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.05.2019