Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Kartof, soğan, kələm ucuzlaşıb - Nazirlik
Tarix: 16.04.2019 | Saat: 15:50:00
Bölmə:Sosial | çapa göndər

Daxili bazarın tənzimlənməsi və qiymətlərin sabitləşməsi məqsədilə kartof, soğan və kələmin ixracına müddətli rüsumun tətbiqi, soğan idxalına spesifik rüsumun may ayının 31-dək ləğv edilməsi, həmçinin faraş kartof, soğan və kələmin satışa çıxarılması nəticəsində bazarda bu məhsulların təklifi artmış və aprel ayının ikinci ongünlüyündən başlayaraq qiymətlərdə ucuzlaşma müşahidə edilir.

Bu barədə İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərindən hafta.az-a verilən birgə məlumatda deyilir.

Bildirilir ki, artıq kartofun 1 kiloqramı bazarlarda 0.70 manatdan, marketlərdə 0.79 manatdan, soğanın 1 kiloqramı bazarlarda 0.70 manatdan, marketlərdə 1.09 manatdan, kələmin 1 kiloqramı bazarlarda 1.00 manatdan, marketlərdə isə 1.29 manatdan başlayan qiymətlərlə təklif olunur. Bu isə, əvvəlki qiymətlərlə müqayisədə əhəmiyyətli dərəcədə aşağıdır.

Mövsümlə bağlı bazara çıxarılan kartof, soğan və kələmin miqdarının artması ilə əlaqədar bu məhsulların daha da ucuzlaşacağı gözlənilir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.05.2019