Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
S-400-lər Azərbaycanda yerləşdirilə bilər
Tarix: 16.04.2019 | Saat: 17:14:00
Bölmə:Gündəm | çapa göndər

Türkiyə Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemlərini Azərbaycan ərazisində yerləşdirə bilər.

Modern.az saytının məlumatına görə, bu haqda Türkiyə mətbuatı yazıb. 

Qeyd olunub ki, S-400 zenit-raket komplekslərinin Türkiyəyə təhvil verilməsindən sonra həmin sistemlərin Qətər ya da Azərbaycanda yerləşdirilməsi müzakirə mövzusudur. 

Məlumata görə, Türkiyənin 100 hərbçisi S-300-ləri öyrənmək üçün Azərbaycanda kurslar keçiblər. 

“Bundan sonra hərbçilər S-400-dən istifadəni öyrənmək üçün Rusiyaya yollanacaqlar” –deyə bildirilib. 

Qeyd edək ki, Rusiya ilə Türkiyə arasında imzalanmış müqaviləyə əsasən, 2.5 milyard dollar qarşılığında alınacaq S-400-lərin birinci partiyası (2 ədəd) 2019-cu ildə Türkiyəyə veriləcək.

S-400 sistemi dörd müxtəlif tip raketdən istifadə etməklə hədəfləri məhv edə bilər. 

Bunlar 400 kilometrdəki hədəfləri vurmaq qabiliyyətinə malik 40N6E, 250 kilometrdəki hədəfləri məhv edə bilən 48N6, 120 kilometrdəki hədəflər üçün nəzərdə tutulmuş 9M96E2 VƏ 40 kilometrdəki hədəfləri vurmaq üçün hesablanmış 9M96M raketləridir.

 Hərbi analitiklər bildirir ki, S-400 eyni anda 40 raketə qarşı hücuma keçə və onları məhv edə bilər.

 Amerikanın məşhur “Patriot” hava hücumundan müdafiə sistemi isə yalnız 96 kilometr uzaqlıqdakı raketləri vura bilir. 

S-400-lərin dünyada analoqu yoxdur.

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.05.2019
24.05.2019