Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Nəsimi rayonunda “Nəsimi ili” tədbirlərinə start verildi
Tarix: 16.04.2019 | Saat: 18:15:00
Bölmə:Sosial | çapa göndər

Prezident İlham Əliyevin “ Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli, 689 nömrəli və 2019-cu ilin Azərbaycan Respublikasında “ Nəsimi ili” elan edilməsi haqqında 2019-cu il 11 yanvar tarixli, 886 nömrəli Sərəncamlarının icrası ilə əlaqədar Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının müvafiq Sərəncamı ilə tədbirlər planı təsdiq edilib.

Tədbirlər planında rayonda Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsini gənc nəslə sevdirmək, klassik irsə məhəbbət aşılanması üçün silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub.
İstedadlı gənclər arasında Nəsimi qəzəllərindən ibarət “ Nəsimi” müsabiqəsinin, gənc musiqiçilərin iştirakı ilə Nəsiminin qəzəllərini ifa etməklə “Muğam” müsabiqəsinin keçirilməsi, rəsm əsərləri, ən yaxşı ədəbi-bədii kompozisiyalar və referatların hazırlanması üçün müsabiqə elan edilmiş və ilin sonunadək keçiriləcək tədbirlərdə qaliblərin müəyyənləşdirilməsi nəzərdə tutulub.
Rayon İcra Hakimiyyətində “ Məndə sığar iki cahan...” adlı ədəbi-bədii tədbir keçirilib. Tədbirdə Rayon İcra hakimiyyətinin rəhbərliyi, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, rayon ərazisində fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Azərbaycan Dövlət Pedaqoji Universiteti tələbələrinin hazırladıqları ədəbi-bədii kompozisiya tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Tədbirdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov bildirib ki, şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutan Nəsimi yaradıcılığı elmi-ədəbi fikrin diqqət mərkəzindədir. Şairin irsinin tədqiqi və təbliği Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyinin keçirildiyi vaxta təsadüf edir. Şairin əsərləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “ Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli Sərənacamına əsasən kütləvi tirajla nəşr olunmuşdur. 1979-cu ildə Bakı şəhərinin Nəsimi rayonunda Nəsiminin heykəli ucaldılıb.
Tədbirdə çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan və Dünya Ədəbiyyatı kafedrasının professoru Yaqub Babayev dahi şair Nəsiminin həyat və yaradıcılığı barədə tədbir iştirakçılarına geniş məlumat verib, şairin qəzəllərindəki fəlsəfi fikirlərdən nümunələrlə tədbir iştirakçılarını tanış edib.
Tədbirin sonunda Universitetin xor kollektivinin ifasında ifa olunan mahnı iştirakçılar tərəfindən çoşqu ilə qarşılanıb.

Azad



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.05.2019
18.05.2019