Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Pensiya artımlarının ödənilməsi ilə bağlı yubanma sırf texniki məsələdir - MÜSAHİBƏ
Tarix: 16.04.2019 | Saat: 18:30:00
Bölmə:Müsahibə | çapa göndər

Fazil Talıblı: “Aprel ayının sonunadək bütün kateqoriyalar üzrə nəzərdə tulan artımlar vətəndaşların bank hesablarına köçürüləcək”

Bu il Azərbaycanda sosial islahatların dərinləşməsi ili kimi yadda qalacaq. Təkcə 2019-cu ilin 3 ayı ərzində ölkəmizdə həyata keçirilən uğurlu sosial islahatlar paketi onu deməyə əsas verir ki, atılan addımlar nəticəsində əhalinin rifah halı ciddi şəkildə yaxşılaşacaq. Bu və digər məsələlərlə bağlı “Həftə içi” qəzetinin müsahibi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin rəhbəri Fazil Talıblıdır.

- Azərbaycanda bu ilin əvvəlindən başlayaraq əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ciddi addımlar atılır. Ölkə prezidentinin bununla bağlı imzaladığı fərman və sərəncamlar ümumilikdə neçə nəfəri əhatə edir?

- Prezident İlham Əliyevin siyasi fəaliyyətində insan, vətəndaş amili, ölkədə sosial rifah və sabitliyin təminatı həmişə əsas yer tutub. Seçkilərdə qələbə qazandıqdan sonra cənab Prezidentin imzaladığı ilk Fərmanın - 2018-ci il 19 aprel tarixli Fərmanın şəhid vərəsələrinə birdəfəlik ödəmənin verilməsi ilə bağlı olması həssas qrupların sosial müdafiəsinin gücləndirilməsinin onun növbəti prezidentlik dövründə də siyasətinin başlıca istiqamətlərindən olduğunu təsdiq etdi. 2019-cu il 28 yanvar tarixli Fərman isə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulan şəhid vərəsələrinin əhatə dairəsinin genişlənməsinə səbəb oldu. Beləliklə, hər iki Fərmanın icrası olaraq, 12268 şəhidin vərəsələrinə ödəmə verilməsi (bunun üçün 135 milyon manat vəsait ayrılıb) nəzərdə tutulub. Ötən ilin noyabrın əvvəllərindən bu günədək onlardan artıq 6200-ə yaxın şəhidin 9054 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub. 2019-cu il ərzində digər vərəsələr də birdəfəlik ödəmə ilə təmin ediləcəklər.

Ümumilikdə seçkilərdən sonrakı dövrdə - Prezident cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 2018-ci ilin 1 avqust tarixində şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün yeni mənzillərin təqdim olunması tədbirində iştirak etmələri, həmçinin 2019-cu il yanvarın 28-də şəhid ailələri ilə görüş keçirmələri bu kateqoriyalardan olan vətəndaşlara yüksək səviyyədə qayğının, hörmət və ehtiramın növbəti əməli təsdiqi oldu. Mənzillərin təqdim olunması tədbirindən bir gün sonra dövlət başçısı Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 2018-ci ildə əlavə olaraq 20 milyon manat vəsait ayrılmasına dair Sərəncam imzaladı. Nəticədə 2018-ci ildə həmin kateqoriyalardan olan insanlara nəzərdə tutulduğundan (207 mənzil) 3 dəfə çox olmaqla 626 mənzil təqdim edildi və bu vaxta qədər mənzillə təmin edilənlərin sayı 6 654 -ə çatdı. 28 yanvar 2019-cu il tarixli Sərəncamla şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün mənzillərin alınması məqsədilə 35 milyon manat ayrıldı. 2019-cu ildə azı 800 mənzil həmin insanlara təqdim ediləcək. Eləcə də 18 mart 2019-cu il tarixli Sərəncamla müharibə əlillərinin minik avtomobilləri ilə təminatı üçün 5 milyon manat ayrılması 2019-cu ildə əlavə 400-dən artıq avtomobil alınmasına, nəticədə bu il müharibə əlillərinə nəzərdə tutulandan 3 dəfə çox, yəni 600-dək avtomobil verilməsinə imkan yaradır. Qeyd edim ki, müharibə əlillərinə ötən il 265 avtomobil, bu vaxta qədər isə 6 144 avtomobil verilib. Şəhid ailələri ilə görüşdə şəhid ailələrinə diqqət və qayğı göstərilməsinin onun fəaliyyətində daim prioritet təşkil etdiyini vurğulayan Prezident cənab İlham Əliyev bundan iki gün sonra imzaladığı 30 yanvar 2019-cu il tarixli Fərmanla şəhid ailəsi üçün Prezidentin aylıq təqaüdünün 242 manatdan 300 manata, eləcə də Əfqanıstanda şəhid olanların ailələri üçün Prezident təqaüdünün 21 fevral 2019-cu il tarixli Fərmanla 220 manatdan 300 manata çatdırılması ilə davam etdi. Bundan başqa, cənab Prezident tərəfindən 27 fevral 2019-cu il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1515-VQD nömrəli Qanununun tətbiqi haqqında” Sərəncam imzalandı. Bununla da minimum pensiya məbləğinin martın 1-dən orta hesabla 40 faiz artırılması pensiya təminatında ciddi irəliləyişə imkan verdi. 233 min vətəndaşın pensiyasında əhəmiyyətli artıma səbəb olan və həmin artımların edilməsi üçün illik əlavə 49 milyon manatın ayrılmasını nəzərdə tutan bu mühüm addım nəticəsində Azərbaycan alıcılıq qabiliyyəti indeksi (PPP) üzrə minimum pensiyanın məbləğinə görə artıq MDB məkanında ilk iki yeri bölüşür. Həmçinin bununla minimum pensiya məbləği ölkəmizdə pensiyaçılar üçün müəyyən olunan yaşayış minimumunu (149 manat) 7,3 faiz üstələyir.

Sosial islahatlar paketinin daha bir uğurlu nəticəsi 8 fevral 2019-cu il tarixli Sərəncamla ölkədə minimum əmək haqqının 2019-cu il martın 1-dən orta hesabla 40 faiz artırılaraq 180 manata çatdırılması oldu. 600 min (o cümlədən dövlət sektoru üzrə 450 min, özəl sektor üzrə 150 min) işçinin rifahına ciddi dəstək olan bu artım üçün illik 400 milyon manat əlavə vəsait ayrılacaq. Minimum əmək haqqının yaşayış minimumuna çatdırılmasına imkan verən bu artım eyni zamanda qeyri-rəsmi əmək münasibətlərinin də leqallaşdırılmasına öz müsbət təsirini göstərir. Dövlət başçısının imzaladığı 25 fevral 2019-cu il tarixli Sərəncam isə ölkənin sosial həyatında inqilabi addımların davamlı xarakter aldığını göstərdi. Sərəncamla 600 minədək şəxsə, o cümlədən 300 min əlilliyi olan şəxsə yönələn sosial müavinətlərin, Prezidentin aylıq təqaüdlərinin aprelin 1-dən orta hesabla 100 faiz artırılması təmin edildi, əlavə olaraq bir sıra kateqoriyalardan olanlar üçün Prezidentin aylıq təqaüdləri təsis olundu. Sərəncamın icrası üçün əlavə olaraq illik 400 milyon manat ayrılması nəzərdə tutulur ki, bu da sosial müavinət və təqaüdlərin verilməsinə yönələn illik vəsaitin 2 dəfə artırılması deməkdir.
Eyni zamanda, 2019-cu il 26 fevral tarixli Sərəncamla məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün aylıq müavinət 50 faiz artırılaraq 60 manata çatdırılmaqla, bu müavinəti alan 500 mindən çox məcburi köçkünün rifahına mühüm dəstək verildi. 14 fevral 2019-cu il tarixli Sərəncamla 110 minədək tələbənin təqaüdlərinin ciddi şəkildə artırılması da təmin olundu. Beləliklə, ötən dövr ərzində cənab Prezidentin sosial islahatlar paketi 3 milyon vətəndaşın rifahında əhəmiyyətli rol oynayan mühüm addımların atılmasına imkan verdi.

- Fazil müəllim, aprel ayı üzrə nəzərdə tutulan artımların ödənilməsində gecikmələrin olduğu bildirilir. Bunun səbəbi nədir və vətəndaşlar həmin vəsaiti nə vaxtdan əldə edə biləcəklər?

- Artımların ödənilməsi ilə bağlı yubanma sırf texniki məsələdir. Vətəndaşlara narahat olmamağı tövsiyə edirik. Aprel ayının sonunadək bütün kateqoriyalar üzrə nəzərdə tulan artımlar vətəndaşların bank hesablarına köçürüləcək.

- “DOST” mərkəzlərinin fəaliyyəti ilə bağlı işlər hansı mərhələdədir? İlk mərkəz nə vaxt istifadəyə veriləcək?

- Bildirim ki, dövlət başçısının 9 avqust 2018-ci il tarixli Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) və “DOST” mərkəzlərinin yaradılmasına başlanılıb. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsünün nəticəsi olan DOST layihəsi ilə əmək, məşğulluq, sosial müdafiə və təminat sahələrində xidmətlər “bir pəncərə”dən operativlik, şəffaflıq, nəzakətlilik, vətəndaş məmnunluğuna nail olunması prinsipləri əsasında təqdim ediləcək, ölkəmizin sosial xidmətlər sahəsində yeni brendi formalaşacaq. Belə ki, nazirliyin 126 xidməti bir pəncərə altında vətəndaşların istifadəsinə veriləcək. İlk “DOST” mərkəzi isə aprel ayı ərzində Bakı şəhərinin Yasamal rayonunda açılacaq. Mərkəz Yasamal və Səbael rayonlarının sakinlərinə xidmət göstərəcək. Ümumilikdə isə 2019-2025-ci illərdə Bakı və ölkəmizin regionlarında 31 belə mərkəz yaradılacaq.

- “DOST” mərkəzləri üçün işçi heyətinin seçimi necə aparılır? Belə məlumatlar var ki, bu mərkəzlərə yalnız nazirliyin tabeliydəki qurumların əməkdaşları cəlb olunurlar. Bu barədə nə deyə bilərsiniz?

- İlk “DOST” mərkəzi üçün işçi heyətinin seçimi prosesi də aparılıb. Seçim prosesində həm nazirliyin ayrı-ayrı qurumlarının əməkdaşları, həm də könüllülər iştirak ediblər. Təbii ki, nazirliyin nəzərdə tutulan tələblərə uyğun gələn əməkdaşları mərkəzin işçi heyərtinə cəlb olunub. Yəni, bu məsələdə məhdudiyyət yoxdur. Amma bununla yanaşı, bu sahə üzrə peşəkar kadrlar da “DOST” mərkəzində işə dəvət olunublar.

Sevinc Osmanova



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.05.2019