Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
33 saylı Ağdam köçkün məktəbində hesabat yığıncağı
Tarix: 16.04.2019 | Saat: 19:15:00
Bölmə:Sosial | çapa göndər

Təhsil Naziriliyin 15 yanvar 2019-cu il 18 saylı əmrinə əsasən, “Böyüməkdə olan gənc nəslin nümayəndələrinin mütərəqqi günyagörüşə malik şəxsiyyətlət kimi formalaşması istiqamətində aparılan işlərin daha da gücləndirmək məqsədi ilə” 33 saylı Ağdam Köçkün məktəbində tədbir keçirilib.

Məktəbin direktoru Nəsibə Hüseynova hesabat məruzəsi ilə çıxış edərək bildirdi ki, 33 saylı Ağdam köçkün tam orta məktəbi 1993-cü ildən fəaliyyət göstərir. 2012-ci ilin dekabr ayından Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsində fəaliyyətini davam etdirir: “Məktəbdə hazırda 947 şagird təhsil alır. Məktəb üzrə 38 sinif kompleksi, 2 məktəbəhazırlıq qrupu var. Məktəbəhazırlıq qrupunda 37 şagird təhsil alır. Hər həftənin 1-ci günü məktəbin müəllim və şagird kollektivi iş həftəsinə Dövlət Himninin səslənməsi ilə başlayır. Azərbaycançılıq ideologiyasının mahiyyətinin izahı və təbliği müstəqilliyimizin simvolu olan dövlət rəmzlərinin şagirdlər tərəfindən dərindən dərk olunması istiqamətində məktəbdə məqsədyönlü işlər aparılır. Belə ki, Təhsil Nazirliyinin əmr və göstərişlərinə uyğun olaraq, Ağdam Rayon Təhsil Şöbəsi tərəfindən verilən bütün tapşırıqlar məktəb kollektivi tərəfindən həyata keçirilir. Nəsibə Hüseybova məktəbdə silsilə tədbirlər həyata keçirildiyini də dedi. Onun sözlərinə görə, “Bilik günü˝, 9 Noyabr – “Bayraq günü˝ , 12 Noyabr – “Konstitusiya günü˝ , 17 Noyabr – “Dirçiliş Günü˝ ilə bağlı tədbirlər təşkil olunub.

Məktəbin direktoru 2018-2019-cu tədris ilində metodik köməkliyin göstərilməsi baxımından, metodbirləşmə rəhbərlərinin müəllimlərə tövsiyələr verdiyini də söylədi: “Məktəbəhazırlıq qrupunda məşğələlərin daha maraqlı keçməsi üçün nağıllar səhnələşdirilir, rollu oyunlar və mövzuların slaydlar üzərində qurulması təşkil edilir. Riyaziyyat dərslərində şagirdlərin məntiqi təfəkkürü düşünmə qabiliyyətini inkişaf etdirmək üçün əyani vəsaitlərdən, əyləncəli oyunlardan istifadə etmək tapşırılıb. “Unutsaq, unudularıq” müsabiqəsinin keçirilməsi ilə əlaqədar məktəbdə tədbirlər planı hazırlanıb. Azərbaycan elminin, ədəbiyyatının, incəsənətinin dövlətin inkişafında xidmətləri olan tarixi şəxsiyyətlər haqqında şagirdlərə məlumat vermək üçün məktəbin tarix, dil-ədəbiyyat müəllimləri, təşkilatçı, UGB-in üzərinə böyük məsuliyyət düşür.

Məktəbdə prioritet fəaliyyət istiqamətində görülən işlərdən biri də fənlər üzrə şagirdlərin təlim nəticələrinin öyrənilməsi, fənlərin tədrisi vəziyyətinin yüksəldilməsi, fənlər üzrə bilik, bacarıq və vərdişlərə daha da geniş şəraitin yaradılması məqsədilə fənn aylıqları keçirilib. Hər bir fənn üzrə keçirilən aylıqlarda yazılı testlər aparılmış, nəticələr yoxlanılaraq təhlil edilmişdir. Şagirdləri zəif nəticə göstərən müəllimlərə tövsiyələr verilmiş və əlavə məşğələ saatları təşkil edilmişdir.
Ağdam Rayon Təhsil Şöbəsinin 01.02.2019-cu il tarixli 11 nömrəli əmrinə əsasən, “Narkomaniyaya qarşı mübarizə” tədbirlərinin həyata keçirilməsi üçün məktəbdə tədbirlər planı hazırlanıb. Narkotik vaistələrin, psixotrop maddələrin, onların qanunsuz dövriyyəsinin, narkomanlığın qarşısının alınması istiqamətində təbliğat-təşviqat işlərini gücləndirmək məqsədi ilə hüquq-mühafizə və səhiyyə orqanlarının nümayəndələrini cəlb etməklə məktəbdə seminar, “dəyirmi masa” və müzakirələr təşkil edilib. “Narkomanlığa və narkotik vasitələrə yox deyək” devzi ilə şagirdlər təqdimat hazırlayıb və sinif divar qəzetləri və bülletenlər buraxılıb».

Məktəbin tədris işləri üzrə direktor müavini İlkin Qəribov, tədris hissə müdiri Pərvanə Aslanova, tərbiyə işlər üzrə direktor müavini Şəhla Behbudova fəaliyyət planına uyğun olaraq görülən işlərdən danışdılar.
Tədbirdə iştirak edən Ağdam Rayon Təhsil Şöbəsinin inspektoru Şakir Səfərov, metodistlər Nazim Seyidov, Arifə Vəliyeva, Səadət Dadaşova, məsləhətçilər Sevinc Bayramova və Ülkər Qasımova məktəbin rəhbərliyinin fəaliyyətini qənaətbəxş hesab etməklə yanaşı, bəzi nöqsanlardan da söz açdılar, onların aradan qaldırılması üçün məsləhət və tövsiyələrini verdilər.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.05.2019
19.05.2019