Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Azərbaycanlı müğənni erməni ilə duet oxudu - GÜNÜN TƏZADLARI
Tarix: 16.04.2019 | Saat: 19:30:00
Bölmə:Günün təzadları | çapa göndər

Rusiyada yaşayan azərbaycanlı müğənni Elman Zeynalov Qazaxıstanda çəkilən klipini təqdim etdi. Hafta.az Musavat.com-a istinadla bildirir ki, “Новая Фабрика звезд” müsabiqəsinin finalçısı “Уставший город” adlı mahnısında erməni həmkarı Artur Bestlə duet oxuyub. Qeyd edək ki, Elman Zeynalov Sumqayıtda doğulub. O, daha sonra ailəsi ilə birgə Rusiyanın Rostov şəhərinə köçüb. Müğənni Rusiyada qatıldığı yarışma ilə məşhurlaşıb. Artur Best isə erməniəsilli ifaçı və bəstəkardır. O, “Qolos”, “X – factor” kimi yarışmaların iştirakçısı olub.


Biləcəridə məscid axundunun otağında oğurluq edildi


Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən məsciddə axundun iş otağından oğurluq edildi. Hafta.az yazır ki, DİN-nin mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, zərərçəkən Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə müraciət edərək otağın qapısının naməlum şəxs tərəfindən qırıldığını və oradan 1500 manat, eləcə də 500 ABŞ dollarının oğurlandığını qeyd edib. Bölmə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini əvvəllər məhkum olunmuş Anar Mirzəyev saxlanıldı. Saxlanılan şəxs ifadəsində törətdiyi əməli etiraf edib. Qeyd edək ki, A.Mirzəyevin oğurluq əməli məscidin təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb. Araşdırma zamanı saxlanılan şəxsin ötən ilin sentyabr ayında Yasamal rayonunda yerləşən məscidlərdən birində nəzir qutusundan da oğurluq etdiyi və bu əməlinə görə polislər tərəfindən saxlanılaraq 3 ay müddətinə inzibati qaydada həbs olunduğu da məlum olub. Qeyd edilən faktla bağlı saxlanılan şəxs barəsində Binəqədi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.


Siçan pişiklə eyni qabdan yedi


Türkiyənin Bursa vilayətində bir siçan və pişiyin dostluğu görənləri çaşqına çevirdi. Hafta.az Moderator.az-a istinadla xəbər verir ki, ikilinin bərabər eyni qabdan yemək yediyini görənlər o anları mobil telefon kameraları ilə qeydə alıb. Bir kafenin önündə qeydə alınan görüntüdə pişiklə siçanın eyni qabdan yemək yediyi görünür. Gördüyü mənzərə qarşısında təəccüblənən kafe sahibi "Kafenin önünə yemək qoyduğumuz üçün bu ətrafda çoxlu pişik olur, amma bu gün ilk dəfə bir siçanla qarşılaşdıq" deyib.


Oyun zamanı futbolçunun hər iki ayağı sındı


Afrika Çempionlar Liqasının 1/4 final mərhələsinin "Vidad" (Mərakeş) - "Xoroya" (Qvineya) matçında dəhşətli hadisə baş verdi. Hafta.az yazır ki, bu haqda fanat.az xəbər yayıb. Qarşılaşmanın 85-ci dəqiqəsində komanda yoldaşı ilə toqquşan qonaq komandanın qapıçısı Kərim Ndiayenin iki ayağı da qırılıb. Həmin vaxt "Vidad" 5-ci qola imza atsa da, rəqib qapıçının düşdüyü vəziyyətə görə sevinə bilməyiblər. Onun vəziyyəti bütün stadionu göz yaşlarına boğub. Hər iki ayağı qırılan Kərim Ndiaye xəstəxanaya aparılaraq əməliyyat olunub. Qolkiper uzun müddət yaşıl meydanlardan kənarda qalacaq. "Xoroya" klubu buna baxmayara onun mövsümün sonunda başa çatacaq müqaviləsini 3 illik uzadıb.


Metroda qadın əməkdaş girov götürüldü


Rusiyanın paytaxtı Moskva şəhərində naməlum şəxs metropoliten əməkdaşını girov götürdü. Hafta.az “ONA”ya istinadla xəbər verir ki, hadisə səhər saatlarında baş verib. ”Avtozavodskaya” stansiyasının tunelində, qarovulçu postu yaxınlığında gizlənən naməlum şəxs xanım əməkdaşı girov götürüb və müxtəlif tələblər səsləndirməyə başlayıb. “Naməlum şəxs artıq yaxalanıb”, - deyə Moskva Şəhər Baş Təhqiqat İdarəsinin İstintaq Komitəsinin rəis köməkçisi Yuliya İvanova bildirib. Məlumata görə, polislə qarşıdurma zamanı naməlum şəxs bıçaq yarası alıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.05.2019
21.05.2019