Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Kəndlərinə geri qayıtmış Cocuq Mərcanlı sakinlərinə hələ də “qaçqınpulu” verilir? – Açıqlama
Tarix: 17.04.2019 | Saat: 15:00:00
Bölmə:Gündəm | çapa göndər

2016-cı ilin uğurlu dördgünlük döyüş əməliyyatlarından sonra Lələtəpə yüksəkliyi düşmən tapdağından azad edildi. Bunun nəticəsində Cəbrayıl Rayonunun Cocuq Mərcanlı kəndinə əhalinin qayıdışı üçün heç bir maneə qalmadı.

Ölkə prezidenti İlham Əliyevin sərənamı ilə erməni işğalçıları tərəfindən dağıdılmış infrostrukturun bərpası üçün ilkin olaraq 4 milyon manat vəsait ayrıldı. Kənddə məktəb, məscid tikildi. 50 ev bərpa edildi. Böyük köçün ilk müjdəçiləri olan Cocuq Mərcanlı sakinləri 24 ildən sonra öz kəndlərinə geri döndülər.

İndi Azərbaycan cəmiyyətini bir sual düşündürür. Cocuq Mərcanlı sakinləri qaçqınlıq statusundan və dövlətin onlara verdiyi imtiyazlardan məhrum edilibmi? Əslində bu sualı müzakirəyə çıxaranlar da haqlıdır. Əgər 24 illik məcburi köçkün məşəqqəti bitibsə, sakinlər öz yurd-yuvalarına qayıdıblarsa, dövlətin həmin şəxslərə büdcədən yardım ayırmasının hər hansı bir xüsusi səbəbi olmalıdır. Bəs qanunvericilikdə bu müddə necə tənzimlənib?

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sözçüsü İbrahim Mirzəyev hafta.az-a açıqlamasında deyib ki, Cocuq Mərcanlı sakinlərinə dövlət tərəfindən verilən aylıq müvavinətlər hələ də dayandırılmayıb. Bunun isə səbəbləri var: “Azərbaycan Respublikasının “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” 21 may 1999-cu il tarixli, 669-IQ nömrəli Qanununun 3-cü maddəsinə əsasən, bu qanunda nəzərdə tutulmuş sosial müdafiə tədbirləri məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan 3 il müddətində qüvvədədir. Qanunun həmin müddəası Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin sakinlərinə də şamil olunur və onlara müvafiq qaydada vahid aylıq müavinət verilir”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.05.2019
19.05.2019