Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Azərbaycanda yaşayan iranlı gənclərin Dostluq həftəsinə start verilir
Tarix: 17.04.2019 | Saat: 15:43:00
Bölmə:Sosial | çapa göndər

Bu gündən Azərbaycanda yaşayan iranlı gənclərin dostluq həftəsinə start verilir. Dostluq həftəsi proqramı aprelin 22-dək davam edəcək. 

Hafta.az yazır ki, proqrama əsasən, bu heyətin Bakı, Quba və Naxçıvanda Azərbaycanın Gənclər və İdman Nazirliyinin rəsmiləri ilə görüşləri olacaq. İranlı gənclər Heydər Əliyev Mərkəzi, İçəri Şəhər, Qız Qalası, Azərbaycan Xalça Muzeyi ilə yaxından tanış olacaq, Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edəcək, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin fars dili kursu üzrə təhsil alan tələbələri ilə görüşəcəklər. Eləcə də, iranlı heyətin Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Gənclər Təşkilatının Milli Şurasında görüşləri keçiriləcək.

İranlı gənclər Naxçıvana səfərdə Muxtar Respublikanın Gənclər və İdman Nazirliyinin rəsmiləri, Naxçıvan Dövlət Universitetində tələbələrlə görüş keçirəcək, Əshabi-Kəhf ziyarətgahı ilə tanış olacaqlar.

Quba rayonuna səfər çərçivəsində isə iranlı gənclər Quba Gənclər Mərkəzi, Quba Soyqırım Kompleksinə baş çəkəcəklər.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.05.2019
19.05.2019