Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bakıda 3 binaya eyni ünvan və nömrə verildiyi bəlli oldu - GÜNÜN TƏZADLARI
Tarix: 17.04.2019 | Saat: 18:30:00
Bölmə:Günün təzadları | çapa göndər

Paytaxtda bir rayonda, amma ayrı-ayrı ərazidə yerləşən üç binanın ünvanı və nömrəsinin eyni olduğu bilindi. Hafta.az yazır ki, Xezerxeber.az-ın məlumatına görə, söhbət paytaxtın Xətai rayonu, Zığ yolu küçəsi, 22a ünvanından gedir. Sakinlərin sözlərinə görə, bir neçə ildir ki, yaşadıqları ünvanla bağlı problem yaşayırlar. Taksi və yaxud da təcili- tibbi yardım çağırdıqda onlar ünvanı tapa bilmirlər. Səbəb də Zığ yolu küçəsi, 22a ünvanının bir rayonda üç ayrı-ayrı binada olmasıdır.

Bir rayonda üç binanın ünvanı və nömrəsinin eyni olması digər problemlərə də səbəb olub. Sakinlər deyir ki, onların qeydiyyat məsələsi də qarşıq düşüb. Məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov bildirib ki, yeni ünvan konsepsiyası hazırlanıb. Bu çərçivədə belə problemli ünvanların hər birinə ayrı küçə adları veriləcək. Sakinlərin qeydiyyat məsələsinə gəldikdə isə, həmin vaxt o da həllin tapacaq. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edib.


Notr-Damdakı yanğının 7 il öncə cizgi filmində əks olunduğu bilindi


Aprelin 16-da Parisdə yerləşən Notr-Dam kilsəsinin yanması böyük ajiotaj yaratdı. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, hətta milyarderlər kilsənin bərpası üçün 100 milyondan çox pul belə ayrılıb. Lakin hadisədən sonra yayılan bir video insanları dəhşətə gətirib. Belə ki, 2012-ci ildə yayımlanan “I pet goat 2” adlı cizgi filmdə personajın gözündə alov əks olunur və arxa fonda buzdan olan Notr-Dam kilsəsi əriməyə başlayır. Bundan başqa personajın alnında olan mason işarəsi də diqqət çəkir. Qeyd edək ki, tarixi binanın tikilişi XII əsrdə başlayıb və 200 il davam edib.


Qobustanda səkkiz ayaqlı quzu doğuldu


Qobustanda səkkiz ayaqlı quzu doğuldu. Səhər saatlarında doğulan qeyri-adi quzu görənlərin marağına səbəb olub. Hafta.az-ın yazdığına görə, Oxu.Az xəbər verir ki, sözügedən hal rayonun Bədəlli kəndində Vahid Bəndəliyevin təsərrüfatında yaşanıb. Görünməmiş olay hər kəs tərəfindən təəccüblə qarşılanıb.


Ağcabədidə alağa qarşı dərman taxılı məhv etdi


Ağcabədi rayonunda taxıl sahəsinə alaq otlarına qarşı səpilən dərman bütün əkini məhv etdi. Hafta.az yazır ki, Xezerxeber.az-ın məlumatına görə, rayonun Qaravəlli kəndində bir neçə fermerin becərdiyi taxılı dərman qurudub. Onlar bildirir ki, alaq otlarına qarşı Bərdə rayonundan dərman alıblar. Taxıl sahəsinə səpiləndən bir neçə gün sonra yetişməkdə olan taxıl bitkisi məhv olub. Fermerlər deyir ki,10 hektardan çox sahədə taxılın quruması onlara xeyli ziyan vurub. Həm də məlum olub ki, aldıqları dərman əkilmiş sahələrə yox, şumlanmış torpağa səpilməsi üçün nəzərdə tutulan dərman imiş. Məsələ ilə bağlı dərman satan sahibkar Rafael Abbasov bildirib ki, həmin dərman yanlışlıqla fermerə verilib. Sahələrə baxış keçirilib, dəymiş ziyan sahibkara yaxın günlərdə ödəniləcək.


Ermənistanda futbolçu güllələndi


Aprelin 16-sı axşam saatlarında Yerevanın mərkəzində, Lepseus küçəsində atışma oldu. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, ağır güllə yarası almış 3 nəfər - 23 yaşlı Muşeq Qevondyan, 26 yaşlı Robert Manukyan və 26 yaşlı Andranik Qalstyan xəstəxanaya gətiriliblər. Qevondyan aldığı yaralardan həyatını itirib. Ölən şəxsin “Ararat -2” futbol komandasının qapıçısı olduğu bildirilib. Güllələnən üç nəfərin “BMV” markalı avtomobildə olduğu və maşının güllə yağışına tutulduğu qeyd edilir. Yaralanmış digər iki nəfərin əməliyyat olunduğu bildirilib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.05.2019
20.05.2019