Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Şamaxı rəsədxanasını AMEA təmir etdirəcək – AÇIQLAMA
Tarix: 18.04.2019 | Saat: 12:22:00
Bölmə:Siyasət | çapa göndər

“Bu ilin 5-6 fevral zəlzələsi zamanı zərər görmüş Şamaxı Astrofizika Rəsədxanası Azərbaycan Milli Elmlər Akademiyasının şəxsi vəsaiti hesabına təmir ediləcək. Çünki zəlzələ nəticəsində rəsədxanaya çox cüzi ziyan dəyib. Yuxarı fasadlardan bir-iki üzlük daşı düşüb. Yuxarı “karniz”lərin aqlay daşları zərər görüb. Bunun təmiri də öz gücümüzün hesabına həll olunacaq. Bu il zərər görmüş həmin hissələr AMEA tərəfindən təmir etdiriləcək”.

Bunu hafta.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov deyib. Xıdır Mikayılovun sözlərinə görə, rəsədxana son dövrlərdə beynəlxalq əlaqələrini də gücləndirməkdə davam edir: “Son zamanlarda Moskva Dövlət Universiteti ilə əlaqələrimiz çox genişlənib. Yeni ulduzların spektoral və fotometrik tədqiqi istiqamətində birgə fikir mübadilələri aparılır. Görüşlər keçirilir. Aktiv nüvəli qalaktikaların spektoral və fotometrik tədqiqi istiqamətində MDU ilə işlər aparılır. Dünən AMEA-dan bizə şad xəbər gəldi. Yeni, müasir işıq qəbuledicisi ilə bağlıdır. Biz onun alınmasını iki il əvvəl sifariş vermişdik. Çox yüksək qiymətə malik avadanlıqdır. Özü də peşəkar işıq qəbuledicisidir. Dünyanın bütün aparıcı rəsədxanaları o cür işıq qəbuledicilərindən istifadə edirlər. Dünən bizə məlumat daxil oldu ki, bu günlərdə biz həmin işıq qəbuledicisini alacağıq. Bundan başqa, rəsədxanada yeni avadanlıqlar quraşdırılıb. Bunların bir qismi öz daxili imkanlarımız hesabına reallaşdırılıb. Xüsusilə də iki metrlik teleskop tamamilə dünya standartları səviyyəsindədir”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.05.2019
20.05.2019