Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“ABŞ-da təşkil olunacaq danışıqların hansısa real nəticələr verəcəyinə inanmıram” – Tofiq Zülfüqarov
Tarix: 18.04.2019 | Saat: 13:20:00
Bölmə:Siyasət | çapa göndər

ABŞ Azərbaycan və Ermənistan Xarici İşlər Nazirliyi (XİN) rəhbərlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə növbəti görüşünü Vaşinqtonda keçirməyi təklif edib.

Hafta.az-ın məlumatına görə, görüş təklifi barədə Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov bildirib.

XİN rəsmisi daha öncə Moskvada rusiyalı həmkarı Sergey Lavrov, eləcə də ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə Ermənistan XİN rəhbəri ilə keçirilən sonuncu görüşü də xatırlayıb.

Nazir deyib: "Demək olar ki, 30 ildir davam edən Dağlıq Qarabağ münaqişəsinın həlli ilə bağlı bizim səylərimizi diqqətə çatdırdım və qeyd etdim ki, biz bu məsələdə irəliləyişə nail olmalıyıq. Dünən ABŞ tərəfindən Vaşinqtona səfər etmək təklifi aldıq, burada da Dövlət katibi bu münaqişənin nizamlanmasına nail olmaq yolunda öz təkliflərini səsləndirəcək".

Rusiyanın, Avropanın ardınca Birləşmiş Ştatlar da münaqişənin həllində “yaxından təmas”a üstünlük verməyə başlayıb. ABŞ-ın Dağlıq Qarabağ məsələsində sinəsini qabağa verməsi nəyi dəyişəcək? – sualı indi Azərbaycan cəmityyətində ciddi müzakirə mövzusuna çevrilib. Açığını deyək ki, Vaşinqton bir dəfə - uzaq 1997-ci ildə vasitəçilik missiyasını və görüşlərin təşkilini öz əlinə almağa cəhd etmişdi. Nəticə isə Ermənistan üçün yaxşı olmamışdı. O dövrün prezidenti Levon ter Petrosyan taxtından salınmışdı. Təbii ki, Ermənistanı müdafiə edən “buzlu əl” burada da öz sərt üzünü göstərmişdi. Bəs üstündən 22 il keçəndən sonra Vaşinqtonun bu vasitəçiliyi, dövlət katibinin təklifləri nədən xəbər verir? Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun da “5+2” adlı təkliflər paketi var idi. Amma bir nəticə hasil olmadı.

ABŞ-ın münaqişənin həlli istiqamətində okeanın o tayından atdığı addımların suya düşüb düşməyəcəyi ilə bağlı fikirlərini almaq üçün keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun baxışını öyrənməyə çalışdıq. Keçmiş xarici işlər naziri hafta.az-a açıqlamasında bildirdi ki, münaqişənin həlli istiqamətində coğrafi anlayışın elə bir fərqi yoxdur: “Zənnimcə, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində sülh danışıqlarına vasitəçiliyin Rusiya, Avropa və ya ABŞ-ın öz üzərinə götürməsinin, görüşlərin təşkilini ələ almasının elə bir fərqi yoxdur. Çünki bu görüşlər eyni çərçivədə keçirilir. ATƏT-in Minsk qrupunun çərçivəsində. Ona görə də danışıqların keçiriləcəyi coğrafiyanın hara olmasının önəmi yoxdur. Uzun müddətdən sonra Amerika Birləşmiş Ştatları adminstrasiyasının marağının artması çox yaxşı haldır. Çünki uzun müddət idi ki, ABŞ-ın bölgəyə və Dağlıq Qarabağ konfliktinə aid fəallığını görmürdük. Təbii ki, burada Con Boltonun səfəri istisnadır. Ona görə də bu məsələdə irəliləyiş var. O ki, qaldı danışıqlara, doğrusu, ABŞ-da təşkil olunacaq danışıqların hansısa real nəticələr verəcəyinə inanmıram. Çünki Ermənistanın mövqeyi buna imkan vermir. Yəni, ermənilər verdikləri bəyanatlardan imtina etməlidir. Ya da əksinə, danışıqlarda öz mövqelərini dəyişməlidirlər. Biz də bu mövqe dəyişikliyinin nədən ibarət olduğunu bilməliyik. Hesab edirəm ki, danışıqların gedişi və tərəflərin mövqeləri barədə Azərbaycan tərəfi daha geniş açıqlamalar verməlidir”.

ABŞ-ın münaqişənin nizamlanması istiqamətindəki canfəşanlılığının kökündə nəyin dayanması da olduqca mühüm məsələdir. ABŞ dövlət katibinin təkliflər paketi doğrudandamı var, yoxsa Vaşinqton Minsk qrupunun digər həmsədri Moskvanın aktivliyini tədricən zəiflətmək istəyir? Birləşmiş Ştatların Rusiyanı sıxışdırıb çıxarması bizə nə verə bilər?-sualını elə keçmiş xarici işlər nazirinə də ünvanladıq. Tofiq Zülfüqarovun sözlərinə görə, dövlət katibi Mayk Pompeonun planının olub-olmaması o qədər də əhəmiyyət kəsb etmir: “Çünki sülh planlarının oxşar cəhətləri çoxdur. Komponentlər eynidir. Sadəcə olaraq bu komponentlərin quruluşu fərqlidir. Bu əsas nünas deyil. Əsas məsələ odur ki, Ermənistan işğal etdikləri torpaqları azad etmək niyyətində deyil. Onlar bu mövqeyi rəsmən, açıq şəkildə dəyişməyincə istər Rusiyanın, istərsə də ABŞ-ın planı ikinci dərəcəli olacaq. Mən belə hesab edirəm”.

Pompeonun planının nələrdən ibarət olduğunu dəqiq bilmirik. Heç Lavrovun da münaqişənin həlli ilə bağlı tərəflərə təqdim etdiyi plan tam olaraq ictimaiyyətə açıqlanmamış qaldı. Nəticə isə dəyişmir. Status-kvo yenə də işğalçının xeyrinədir. Okeanın o tayında münaqişə ilə bağlı sular isinəcəkmi? – baxın, əsas məsələ budur. Bu suala cavab tapmaqdır. Hələ ki, başlanğıcdır. Əslində sonun başlanğıcı atəşkəsin imzaladığı gündən başlayıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.05.2019
19.05.2019