Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Başa düşmürəm, belə görüşlər nəyə lazımdır” – RƏY
Tarix: 18.04.2019 | Saat: 13:35:00
Bölmə:Siyasət | çapa göndər

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı xarici işlər nazirlərinin Moskva görüşündən sonra tərəflər arasında xalq diplomatiyasına üstünlük verilməsi ilə bağlı razılıq əldə olunub. Yəni, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları qarşılıqlı səfərlər təşkil edəcəklər. İşğal altındakı bölgədə olacaqlar. 

Maraqlı məqam ondan ibarətdir ki, xalq diplomatiyasının gündəmə gəlməsi nə Ermənistan, nə də Azərbaycan ictimaiyyətində birmənalı qarşılanmayıb. Daha dəqiq desək, erməni cəmiyyəti barıt çəlləyi refleksi verib. Azərbaycanda isə müəyyən qism düşüncə adamları münaqişənin sülh yolu ilə nizamlanması istiqamətində xalq diplomatiyasının işə salınmasına da razıdır.

 Məsələ ilə bağlı keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun fikirlərini də öyrənməyə çalışdıq. Keçmiş xarici işlər naziri hafta.az-a açıqlamasında bildirdi ki, bu cür görüşlərin indiki məqamda heç bir müsbət təsiri olmayacaq: “Təəssüf ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı aparılan danışıqlar torpaqların azad olunması vasitəsi deyil. Çünki indi vasitəçilər sadəcə olaraq vasitəçilik edirlər. Vəziyyət də bəllidir; Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Yəni, həmişə belə edirlər ki, tərəflər razılağa gəlsin. İşğalçıya təzyiq nəzərdə tutulmur. Çünki Ermənistan sülh yolu ilə torpaqları azad etməyəcək. Dəfələrlə belə fikirdə olmadıqlarını nümayiş etdiriblər. Məhz ona görə də danışıqlara çox spektiv yanaşıram. Xalq diplomatiyası, qarşılıqlı səfərlərin təşkili təbii ki, normal addımlardır. Real nəticələr əldə ediləndən sonra bunlara gedilməlidir. Buna qədər ermənilər rəsmən qəbul etməlidirlər ki, onlar Azərbaycan torpaqlarını işğal ediblər. İkincisi, bəyan etsinlər ki, onlar işğal etdikləri torpaqları azad etməyə hazırdırlar. Yəni, hansısa konstruktiv bir irəliləyiş olmalıdır. Başa düşmürəm, belə görüşlər nəyə lazımdır?! Azərbaycan tərəfinin güc tətbiq edib torpaqları azad etməkdən başqa ayrı yolu yoxdur. Bu cür görüşlərin təşkili nə verəcək?! Belə görüşlərin mənası yoxdur”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.05.2019
20.05.2019