Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Vaşinqton ştatının ən böyük vilayətində Azərbaycanla bağlı təqdimat keçirilib
Tarix: 18.04.2019 | Saat: 14:38:00
Bölmə:Siyasət | çapa göndər

ABŞ-ın Vaşinqton ştatında yerləşən Kinq Vilayət Şurasının iclasında aprelin 17-də Azərbaycana dair geniş təqdimat keçirilib. Təqdimatda Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev çıxış edib.

Hafta.az xəbər verir ki, təqdimatdan əvvəl çıxış edən Kent Vilayət Şurasının üzvü Pit fon Reyxbauer şura üzvləri və iclas iştirakçılarına Azərbaycan haqqında məlumat verərək, ölkəmizin 1918-ci ildə müsəlman dünyasında ilk dünyəvi demokratik respublika qurduğunu, ABŞ-dan iki il öncə qadınlara seçmək və seçilmək hüququ verdiyini bildirib. O, Azərbaycanın xüsusilə Vaşinqton ştatı ilə yüksək iqtisadi əlaqələrə malik olduğunu bildirib.
Baş konsul N.Ağayev çıxışında Azərbaycanın müstəqillik tarixi, yerləşdiyi coğrafi məkan, iqtisadi inkişafı və mədəniyyəti haqqında məlumat verərək, ölkəmizin bu gün dünyanın ən sürətlə çağdaşlaşan ölkələrindən birinə çevrildiyini bildirib. O, ölkəmizin Cənubi Qafqaz regionunda ABŞ-ın əsas ticarət tərəfdaşı olduğunu, terrorçuluğa qarşı mübarizə və enerji təhlükəsizliyi də daxil olmaqla, müxtəlif sahələrdə ABŞ ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Ölkəmizin Vaşinqton ştatı ilə əlaqələrindən bəhs edən baş konsul Azərbaycanın indiyədək bu ştatda yerləşən “Boeing” və “Microsoft” şirkətləri ilə bir sıra iri layihələrə imza atdığını və bu layihələrin Vaşinqton ştatının iqtisadi inkişafına mühüm töhfələr verdiyini vurğulayıb. Diplomat, həmçinin Azərbaycan multikulturalizmi haqda da danışaraq, bu gün ölkəmizdə müsəlman, xristian, yəhudi və digər dinlərin daşıyıcılarının sülh və əmin-amanlıq şəraitində birgə yaşadıqlarını və Azərbaycanın bu sahədə bütün dünya üçün müsbət bir örnək olmağa çalışdığını qeyd edib. Kinq vilayətində böyük Azərbaycan icmasının yaşadığını qeyd edən N.Ağayev qarşıdakı illərdə bu vilayətlə əlaqələrin genişləndirilməsinə ümidini ifadə edib.

Qeyd edək ki, Vaşinqton ştatının ən böyük vilayəti olan Kinq vilayəti əhalisinin sayına görə ştatda 1-ci, ABŞ-da isə 13-cü yeri tutur. Vilayətin mərkəzi şəhəri olan Sietl ABŞ-ın mühüm sənaye və ticarət şəhərlərindəndir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.05.2019
20.05.2019