Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Füzuli rayonunda yem emalı müəssisəsi istifadəyə verilib
Tarix: 18.04.2019 | Saat: 15:46:00
Bölmə:Bölgə | çapa göndər

Füzuli rayonunun Alxanlı kəndində Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən birgə reallaşdırılan "Sosial-iqtisadi inkişaf fəaliyyəti" (SEDA) layihəsi çərçivəsində yem emalı müəssisəsi istifadəyə verilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildirilib ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilmiş tədbirdə çıxış edən qurumun idarə heyəti sədrinin müavini Nadir Adilov, Füzuli rayon icra hakimiyyəti başçısının müavini Süleyman Əliyev və SEDA layihəsinin nümayəndələri regionlarda icma əsaslı biznesyönümlü layihələrin icrasının, yem emalı müəssisəsinin istifadəyə verilməsinin aqrar sektorda mikro və kiçik sahibkarlığın inkişafında, heyvandarlıq və bitkiçilik sahəsində fəaliyyətin genişləndirilməsində, yemə olan tələbatın ödənilməsində və məşğulluğun artırılmasında əhəmiyyətli olduğunu qeyd ediblər.

Müəssisədə istehsal sahəsi və anbar inşa olunub, müvafiq avadanlıqlar quraşdırılıb. Alxanlı ilə yanaşı, ətraf kəndlərdə yaşayan sakinlər də yem emalı müəssisəsindən istifadə edə biləcəklər.
Qeyd edək ki, indiyədək birgə layihə çərçivəsində 14 rayonda 25 yem emalı müəssisəsi istifadəyə verilib.
Tədbirdə kənd sakinləri yemə olan tələbatın ödənilməsi, heyvandarlığın inkişafı baxımından yem emalı müəssisələrinin əhəmiyyətli olduğunu vurğulayıb, yaradılan şərait üçün dövlət başçısına minnətdarlıq ediblər.
Həmin gün SEDA layihəsi çərçivəsində Zərdab rayonunun Gödəkqobu kəndində tibb məntəqəsi fəaliyyətə başlayıb, Hüseynxanlı kəndində isə təmirdən sonra uşaq bağçası kənd sakinlərinin istifadəsinə verilib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.05.2019
20.05.2019