Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
KXDR 20 kilometr məsafəyə uça bilən raketləri sınaqdan keçirib
Tarix: 18.04.2019 | Saat: 14:55:00
Bölmə:Dünya | çapa göndər

Aprelin 17-də KXDR az hündürlükdə uçan yeni taktiki idarəolunan raket sistemlərinin sınağını keçirib.

Bu barədə məlumatı Cənubi Koreyanın hərbi ekspertləri açıqlayıb. “Şimali Koreya 20 kilometr məsafəyə uça bilən “səth-səth” sinif, yaxud taktiki qanadlı raketləri sınaqdan keçirə bilərdi”, - deyə ekspertlər bildirib. Onların məlumatına əsasən, KXDR-də həyata keçirilən bütün raket sınaqları Silahlı Qüvvələrin Şimal komandanlığının aşkarlama sistemləri tərəfindən izlənilir. Aprelin 17-də isə elektron qurğular raket startını qeydə almayıb, bu da onların az hündürlükdə və qısa məsafəyə uçması ilə izah oluna bilər.

Koreya Mərkəzi Teleqraf Agentliyi isə öz növbəsində ölkə lideri Kim Çen Inın yeni tip taktiki idarəolunan silahların sınaqlarında iştirak etdiyi barədə məlumat yayıb, lakin söhbətin hansı silahdan getdiyini bildirməyib.

Qeyd edək ki, bu, fevral ayının sonlarında Kim Çen Inla ABŞ Prezidenti Donald Tramp arasında Vyetnamda baş tutan ikinci sammitdən sonra Pxenyanın rəsmən elan olunan ilk silah sınağıdır. 2010-cu ildə Cənubi Koreya düşmənin artilleriya sistemlərini məhv etmək üçün şimal sərhədlərində 20 kilometr təsir radiusuna malik olan “Spike” raketləri yerləşdirmişdi.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.05.2019
20.05.2019